Загрузка...

Nəfəs yollarını təmizləyən otlar

Traxeya və bronxlar daim selik ifraz edir. Bu aşağı nəfəs yollarını nəfəsalma zamanı bura düşən mikroblardan, tozdan, parazitlərdən və s. təmizləmək üçün lazımdır.

Selikdə immun hüceyrələri də var ki, bu immun hüceyrələr ziyanlı maddələri zərərsizləşdirir. Bronxların daxili qatı mikroskopik tükcüklərlə örtülüb. Bu tükcüklər daim dalğavari hərəkətlər edərək seliyi nəfəsalma orqanlarından qovur. İnsan bu seliyi hiss etmədən udur və sonra selik orqanizmdən təbii yolla xaric olunur.

Sağlam insanda gün ərzində 100 ml selik ifraz olunur. Bu normal sayılır. Lakin əgər nəfəs yollarında xəstəlik varsa, seliyin miqdarı gün ərzində 1500 ml kimi arta bilər, selik daha qatı, özlü olur.

Bəlğəm nəfəs yollarından rahat çıxmalıdır və burada yığılmamalıdır. Əks halda burada yığılmış bəlğəm mikrobların daha da çoxalmasına və nəticədə iltihabın daha da artmasına, bir çox hallarda isə xəstəliyin xroniki formaya keçməsinə səbəb olacaq.

Beləliklə, nəfəsalma sistemi iltihabları zamanı bəlğəmin nəfəs yollarından yaxşı çıxması çox vacibdir.

Bir çox hallarda həkimlər xəstələrə xüsusi bələmgətirici preparatlar təyin edir. Lakin bəzi müalicəvi otların dəmləmələri də çox yaxşı bəlğəmgətirici effekt verir.

- Gülxətmi kökləri sınanmış bəlğəmgətirici vasitədir. Gülxətmi kökləri dəmləməsi iltihabəleyhinə, yumşaldan, bəlğəmgətirici təsir edir, nəfəs yollarının selikli qişasını qoruyur və bərpa etməsinə kömək edir. Gülxətmi kökləri kəskin və xroniki bronxit, pnevmoniya, vərən, emfizema, kəskin respirator infeksiyası zamanı istifadə olunur. 1 stəkan qaynar suda 1 xörək qaşığı gülxətmi kökləri 1 saat ərzində dəmləyin və gün ərzində kiçik qurtumlarla qəbul edin.

- Biyan kökü də çox məşhur bəlğəmgətirici vasitədir. Biyan kökü yuxarı tənəffüs yolları iltihabları, vəzəm, bronxit zamanı istifadə olunur. Biyan kökü yumşaldan, iltihabəleyhinə, mikrobəleyhinə təsir edir. Farmasevtik sənaye biyan kökü əsasında müxtəlif dərman vasitələri istehsal edir.

Xalq təbabətində biyan kökü dəmləməsi istifadə olunur: 1 stəkan qaynar suda 1 xörək qaşığı biyan kökü dəmlənilir, 1 saatdan sonra süzülür və gün ərzində içilir.

- Cirə də nəfəs yollarını çox yaxşı təmizləyir, bəlğəmi duruldur və onun çıxmasını asanlaşdırır, spazmı və iltihabı azaldır, mikrobları öldürür. Cirə dəmləməsi traxeit, laringit, göyöskürək, bronxopnevmoniya zamanı istifadə olunur. 1 çay qaşığı cirə 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir və gün ərzində içilir. Bu məqsədlə həmçinin cirə yağını da istifadə etmək olar (gün ərzində 1-2 çay qaşığı).

- Yonca, şam ağıcının iynəyarpağı, bağayarpağı, zirə, kəklikotu, evkalipt, razyana çox təsirli bəlğəmgətirici vasitələrdir.

Bütün sadaladığımız vasitələr yalnız həkimlə məsləhətləşdikdən sonra və yalnız əsas müalicə ilə yanaşı (müalicə təyin olunubsa) istifadə oluna bilər.

Nəzərinizə çatdıraq ki, bəlğəmdə qanın, irinin olması, bəlğəmin rənginin dəyişilməsi (yaşıl, pas rəngi) çox ciddi nəfəsalma sistemi xəstəliklərinin simptomudur. Özünüzdə belə simptomları müşahidə etdikdə dərhal bu haqda sizi müalicə edən həkimə məlumat verin.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика