AZXEBER.COM xəbər verir ki, "Maşın" şouda iştirak edən aparıcı Zümrüd yaşadığı xəstəlik və ona necə qalib gəlməsi haqda danışaraq digər iştirakçıları da kövrəldib.
Belə ki, Zümrüd xərçəngə həyatının ən gözəl çağında düçar olduğunu deyərək yaşadıqlarını belə dilə gətirib: "27 yaşım vardı və həyatımın ən gözəl çağlarını yaşayırdım. Ağlımın ucundan belə keçməzdi bu xəstəliyə tutulacağım. 2 ilə yaxın yaşadıqlarımı heç kimə demədim və bunu anam, özüm və həyat yoldaşımla yaşadım. Mən hərzaman problemlərimi gülərək yola verirəm və daima dodağıma qırmızı dodaq boyam olur. Düşünürəm ki, yer üzündə olan cəhənnəmdi o xəstəlik. Düşündüm ki,bu xəstəliyə heç vaxt qalib gələ bilməyəcəm.
Zümrüd xəstəliyin onun ana olmaq arzusunu da puç etdiyini qeyd edib: "Ana olmaq ən böyük arzum idi. Türkiyədə olarkən ana olmaq fikrimdən əl çəkməli olduğumu dedilər. Buna etiraz etdim və 5 il övladım olması üçün müalicələrimi ləngitdim. Düşününürdüm ki, mən yuxudayam və bu ola bilməz. Nəticədə bu olmadı və mən ana ola bilmədim".
Qeyd edək ki, Zümrüd Qasımova xərçəng xəstəliyindən əziyyət çəkib və sonda xəstəliyə qalib gəlib.
Saglamolun.Az