Загрузка...

Öd kisəsi xəstəliklərinin profilaktikası

Əgər sizdə bu xəstəliyə meyllilik varsa, çalışın aşağıdakı qaydalara əməl edəsiniz.

- Düzgün, rasional və hissəvi qidalanma rejimi. İdealda gün ərzində eyni vaxtlarda olmaqla 5-6 dəfəlik qida rejimi məsləhət görülür (bunlardan 3-ü tam dəyərli və 3-ü isə yüngül qəlyanaltı qida qəbulu).

Hər qida qəbulu zamanı onikibarmaq bağırsağa öd ifraz olunur ki, bu da öd kisəsində durğunluğun qarşısını alır. Bu o deməkdir ki, gün ərzində az sayda qida qəbul edilməsi öd kisəsində durğunluğa səbəb olur. Onu da qeyd etmək lazımdır ki, tez-tez qida qəbul edilməsi rejiminə hər gün əməl etmək lazımdır.

Bu zaman onu da qeyd etmək lazımdır ki, öd daşı xəstəliyi olan bütün xəstələr üçün universal ümumi qida qəbulu qaydası yoxdur. Çünki müxtəlif şəxslərdə öd kisəsinin qəbul edilməsi məsləhət görülməyən qidalara olan reaksiyası fərdidir və onu qabaqcadan müəyyən etmək çox çətindir. Əksər hallarda bu qidaların az miqdarda qəbul edilməsi orqanizm tərəfindən normal şəkildə qəbul edilir. Buna görə də bir çox hallarda xolesterinli məhsulların (heyvan və quşların daxili orqanları, yumurta sarısı, kürü və s.) qəbuluna nəzarət edilməsi və sellüloz ilə zəngin olan bitki mənşəli qidaların (meyvə və tərəvəzlər) isə artırılması kifayət edir. Bundan başqa, müəyyən edilmişdir ki, öd daşlarının əmələ gəlməsinə xolesterinin artıq olması kimi, onun rasiondan tam şəkildə çıxarılması da “kömək” edir. Buna görə də mədə-bağırsaq sisteminin xəstəlikləri zamanı kərə yağı və digər piylərdən tam şəkildə imtina etmək yox, onları az miqdarda olmaqla gün ərzində bir neçə dəfəyə qəbul edilməsi tövsiyə olunur.

Qeyd etmək lazımdır ki, xeyli miqdarda qatı bulyonlar, təzə çörək-bulka məhsulları, göbələk, çox yağlı və qızardılmış (hisə verilmiş kolbasa, beyin, ördək, qaz əti və s.) qidalar, konservləşdirilmiş məhsullar, dondurma, xardal, ağ və qırmızı turp, soğan qəbul edilməsi öd daşı sancısını provakasiya edə bilər. Qidanın temperaturu da əhəmiyyətlidir – qida soyuq olmamalıdır. Axşamüstü xeyli dərəcədə qida qəbul edilməsi qadağan edilir.

- Müntəzəm nəcis ifrazı.Öd daşı xəstəliyi profilaktikası zamanı gündəlik formalaşmış nəcis və kifayət qədər də sidik ifrazı olmalıdır. Əgər qəbizliyə meyllilik olarsa, onun səbəbi ola biləcək patologiyaları (xora xəstəliyi, hemorroy, bağırsaq polipozu və s.) axtarmalı, onlar aşkar edildikdə isə qida rejimini və həyat tərzini dəyişmək lazımdır. Özünüz üçün hər gün 0,5 kq meyvə- tərəvəz, 1,5-2 litr maye qəbul edilməsini qayda kimi qəbul edin. (Qəbizliyin profilaktikası haqqında səh.-də oxuyun.)

- Bəbən çəkisinin normal olması. Piylənmə və artıq çəkinin olması öd daşlarının əmələ gəlmə riskini artırır. Ona görə də çəkisi artıq olanlar onu mütləq aşağı salmalıdırlar. Ancaq bunu çox ehtiyatla etmək lazımdır. Aşağı kalorili pəhrizlər və ya aclıqla müalicə üsulu bu zaman qəti olaraq yolverilməzdir! Çəkinin tez bir zamanda aşağı salınması da öd daşlarının əmələ gəlməsinə gətirib çıxarır. Çəkinin aşağı salınması həftə ərzində orta hesabla 0,5-1 kq miqdarında olmalıdır.

Bədən çəkisini optimal rəqəmlərə çatdırdıqdan sonra sizin əsas vəzifəniz - sağlam pəhrizə əməl edilməsi və fiziki hərəkətlərin davam etdirilməsindən ibarətdir.

- Aktiv həyat tərzi. Sistematik olaraq bədənə fiziki gərginliklər vermək həm bütövlükdə insan orqanizmi üçün, həm də öd kisəsi üçün çox vacibdir. Fiziki aktivliyin olmadığı halda orqanizmdə olan mübadilə prosesləri kimi, ödün ifraz olunması da xeyli dərəcədə ləngimiş olur;

- Mədə-bağırsaq sistemi xəstəliklərinin, infeksiya ocaqlarının - kariesli dişlər, sinusitlər (haymorit), otitlərin, helmintozların (lyambliya, askarida və digər qurdlar) müalicəsi;

- Zərərli adətlərdən (siqaret çəkmək, alkoqollu içkilərin qəbul edilməsi) imtina edilməsi.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Sadiqov Elcin 31.03.2012 18:43
Cox maraqlidir,mend e hezm orqanlarinda bir nece problem oldugu ucun,shexsen bu melumatlar vacibdir.qabaqc adan teshekkur edirem.
#2 Rashad Hasanov 23.03.2013 07:39
Indi xestelerimiz goyde Allah, yerde ise tecrubeli hekimlerimizin hesabina yashayirlar. Allah sizden razi olsun!
#3 Melahet 31.05.2014 23:49
Salam, menim 17yasim var. Od boynunda eyrilik var. Buna gore de qatilawma yarandigini demiwdiler. Medem meni cox narahat eleyir. Uzr isteyirem, geyirmeler cox olur. Adi su icenden yemek yeyenden sonra geyirmelerim basliyir. Oktyabr ayinda dehsetli agrilarim oldu hekime muraciet eledim. Zond filan udmadim sadece wikayetlerimi dedim dedi ki qastrit ola biler ve mohkem soyuglama. 1kurs mualiceyle yaxsilawdim. Bacardigim qeder ziyanli qidalardan istifade elemirem. Medemde, od terefde yungul sancilar var 2gundu. Bu neden ola biler? Hansi muayinelerden kecmeliyem?
#4 Administrator 02.06.2014 17:12
Qastroenteroloq a müraciət edin. Lazım olduqda həkim qastroskopiya ("zond") təyin edəcək. Bu çox informativ müayinədir. İmtina etməyin. Bu müayinədən sonra həkim lazım olan müalicə təyin edəcək.
#5 Aytən 05.11.2014 07:46
salam. mənim ödümdə qalınlaşma var. təzyiqim də hər zaman yüksəlir. bu öddən ola bilər ? hansı dərmandan istifadə etməyim məsləhətlidir?
#6 Administrator 05.11.2014 10:42
İlk növbədə terapevtə müraciət edin. Müayinədən sonra lazım olduqda terapevt Sizi digər mütəxəssislərin müayinələrinə göndərə bilər.
Allah şəfa versin!
#7 Aytən 05.11.2014 21:09
cox sagolun. menim gelen ay toyum olacaq. bu od qalinlasmasinin ziyazliqlari mende uze cixmazki aile qurduqdan sonra.

Загрузка...
loading...

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика