Badamcıq iltihabına yaxşı təsir edən vasitələr

Tonzillit – badamcıq iltihabı olduqca narahatedici bir xəstəlikdir.

Uşaqlarda daha çox müşahidə olunan bu xəstəliyə yetkinlər arasında da rast gəlinir. Bəs badamcıq iltihabına nə yaxşı təsir edir?

Milliyet.com saytının xəbərinə görə, prof. dr. İbrahim Saraçoğlu boğaz ağrıları və badamcıq şişməsinə qarşı ebegümeci (Amber çiçəyi) və adaçayını (sürvə - şalfey) məsləhət görür.

Beləliklə, İbrahim Saraçoğlunun tövsiyə etdiyi müalicə kursu:

1 stəkan qaynanmış suyun içinə 1 paket adaçayı və 2 ədəd ebegümecinin yarpağını atın. Bu çayın dəmlənməsi üçün 10 dəqiqə gözləyin.

Çay dəmləndikdən sonra süzülür və badamcıq iltuhabı yüngül olan insanlarda gündə 3 dəfə, ağır olanlarda isə 6-7 dəfə qarqara edilməsi məsləhət görülür.

Müalicə kursu 1 ay boyu tətbiq edilə bilər.

Həmçinin xəstəlik əsnasında hər gün 1 stəkan adaçayı da içilə bilər.

Ancaq bu alternativ müalicə metodlarını həkiminizlə məsləhət etmədən tətbiq etməyin.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика