Beyini cavan saxlamaq üçün 5 MƏSLƏHƏT

İnsan yaşlaşdıqca beyinin fəaliyyətində müəyyən pozulmalar inkişaf etməyə başlayır - diqqət, yaddaş, təfəkkür zəifləyir.

Lakin bu dəyişikliklər qaçılmaz olsalar da onları xeyli ləngitmək mümkündür. Bunun üçün mütəxəssislər çox sadə məsləhətlər verir. Saglamolun.az xarici KİV-lərə istinadla sizə bu məsləhətləri təqdim edir:

1. Fiziki aktivlik mütləqdir!

Fizki aktivlik qan dövranını yaxşılaşdırır ki, bu da beyinin fəaliyyətinə müsbət təsir edir, yeni neyronların formalaşması sürətlənir.

2. Qabığı qırmızı və bənövşəyi olan meyvə və tərəvəzləri yeyin!

Bu meyvə və tərəvəzlər antosian maddələri ilə xüsusilə zəngindir. Antosianlar damarların vəziyyətinə və qan dövranına müsbət təsir edir, beyinin oksigenlə təmin olunması yaxşılaşır.  

3. Şəkəri azaldın!

Mayo klinikası (ABŞ) alimləri aşkar edib ki, şəkər yaşlı insanların beyninə xüsusilə ziyanlıdır - yaddaşın zəiflənməsini sürətləndirir, ümumi intellektin səviyyəsini aşağı salır.

4. Sakit və qaranlıq otaqda yatın!

Mütəxəssislər qeyd edir ki, hətta 1 yuxusuz gecə insanın İQ səviyyəsini aşağı salır. Alimlər beyinin cavanlığını qorumaq üçün gecə 7 saat yatmağı tövsiyə edirlər. Həmçinin yuxu zamanı işıq, səs və s. insana təsir etməməlidir. Bu beyin hüceyrələrinin iltihab və dağılmasının riskini artırır.

5. Yeni biliklərə yiyələnin!

Şeirləri öyrənmək, yeni kitabları oxumaq, krossvordları həll etmək və s. beyinin fəal şəkildə işləməsini təmin edir ki, bu da beyinin qocalmasını ləngidir.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar