Загрузка...

Miokard infarktının risk (təhlükə) faktorları

Həkimlər miokard infarktının inkişafının əsasən aşağıdakı risk faktorlarını qeyd edirlər:

- yaş fakoru – insanın yaşı artdıqca onda miokard infarktının baş vermə riski də artır;

- əvəllər, xüsusən kiçik ocaqlı miokard infarktının keçirilməsi;

- cinsi faktor. 50 yaşınadək (menopauza-klimaks dövrünədək) olan qadınlarda miokardın infarktı kişilərə nisbətən xeyli az hallarda təsadüf edilir. Buna səbəb bu həddə qədər olan müddətdə qadınların qanında olan estrogen və digər qadın cinsi hormonların təsiri nəcəsində arteriyaların aterosklerotik zədələnmədən qorunmasıdır. Klimaks baş verdikdən sonra qadınlarda bu hormonların səviyyəsi kəskin azalır və nəticədə miokard infarktının baş verməsi ehtimalı kişilərdə olduğu səviyyəyə qalxır. Beləliklə, erkən klimaksın baş verməsi – miokard infarktının risk faktorlarından biri hesab olunur;

- irsi faktor - ən yaxın qohumlarda (ata, ana, nənə, baba, qardaş və bacıda) ürəyin işemik xəstəliyi, miokardın infarktı, beyin insultu kimi xəstəliklərin nisbətən erkən (xüsusən də 55 yaşadək) yaşlarda təsadüf etməsi;

- qanda xolesterinin səviyyəsinin yüksək (5 mmol/l və ya 200 mq/dl-dən artıq) olması;

- siqaret çəkilməsi. Statistik məlumatlara görə siqaret çəkməyənlərə nisbətən siqaret çəkənlərdə miokardın infarktı 2-3 dəfə daha çox təsadüf edilir! Tütün tüstüsündə olan nikotin maddəsi arteriyaların spazmına (sıxılmasına) və nəticə etibarı ilə arterial təzyiqin yüksəlməsinə səbəb olur. Demək, insan nə qədər çox siqaret çəkirsə, o miokardın infarktına o qədər yaxın olur!

- spirtli içkilərin qəbul edilməsi;

- piylənmə və ya bədən çəkisinin atıq olması zamanı qanda xolesterinin miqdarının artması qeyd edilir ki, bu da aterosklerozun inkişaf etməsinə və ya onun daha da ağırlaşmasına səbəb olur;

- az hərəkətli həyat tərzi. Hesab edilir ki, aktiv fiziki əməklə məşğul olanlarda miokardın infarktının baş vermə ehtimalı, “yazı stolu arxasında işləyənlərə” nisbətən, bir neçə dəfə az olur. Ancaq həddindən artıq fiziki gərginliklə məşğul olmaq da (bu, idmançıların həddindən artıq fiziki yüklənməsinə də aiddir) miokardın infarktına səbəb ola bilər. Buna görə hər bir şey kimi fiziki gərginliyin də müəyyən həddinə əməl etmək lazımdır;

- hipertoniya xəstəliyi (arterial təzyiqin 140/90 mm.civə süt.-dan yüksək olması), xüsusən də xəstənin lazım olan müalicələrə riayət etməməsi, miokard infarktı riskinin artmasına səbəb ola bilər;

- şəkərli diabet. Diabetiklərin qanında şəkərin miqdarının daimi olaraq normadan artıq səviyyədə olması koronar arteriyalara da pis təsir etdiyindən, onlarda miokardın infarktı da daha çox təsadüf edilir;

- emosional streslər. Streslər xroniki şəkildə baş verdikdə ürək də artmış gərginliklə işləməyə məcbur olur. Bu zaman arterial təzyiqin artması, həmçinin, qida məhsullarının və oksigenin orqan və toxumalara daşınmasının da pisləşməsi baş verir.

Bu faktorlardan hər hansı birinin olması miokardın infarktı riskini artırır. Belə faktorların sayı bir neçə olduqda isə həmin şəxs ümumiyyətlə daha çox ehtiyatlı olmalıdır. Ümumiyyətlə 30 yaşından sonra hər bir şəxs ildə 1 dəfə həkim-kardeoloqun müayinəsindən keçməlidir.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика