Загрузка...

İmpetiqo xəstəliyi və onun ağırlaşmaları

İnsanların dərisi üzərində, demək olar ki, hər zaman stafilokok və streptokok mikroblarına rast gəlmək olur. Sağlam adamlarda heç bir xəstəlik törətmədən mövcud olan bu mikroblar, müəyyən şəraitdə (xəstəlik, immunitetin zəifləməsi və s.) dəridə irinli xəstəliklər törədə bilərlər.

İmpetiqo - uşaqlar arasında geniş yayılmış irinli dəri xəstəliklərindən biridir. Bu xəstəliyi stafilokokk və streptokokk mikrobları törədir. Xəstəliyin əvvəlində dəri üzərində 0,5-1 sm diametrli yastı qabarcıqlar (möhtəviyyatı şəffaf və ya bulanıq) əmələ gəlir. Sonra qurumuş qabarcıqların yerində qabıqlar əmələ gəlir. 5-7 gündən sonra bu qabıqlar tökülür və yerində çəhrayi rəngli ləkələr qalır.

Səpgilər əsasən bədənin açıq hissələrində - üzdə, baldırlarda, əllərdə (bəzən digər nahiyələrdə də) yerləşir. Körpə uşaqlarda ağız bucaqları (streptogen uçuqlama), burun qanadları, qulaq seyvanı arxasındakı büküşlər daha çox zədələnir. Vaxtında müalicə olunmayan impetiqo ciddi fəsadlar (limfatik düyünlərin, böyrəklərin, ürəyin zədələnmələri, sepsis) da verə bilər.

Dərinin irinli xəstəliklərinin qarşısını almaq üçün həm uşağın, həm də onun yaşadığı evdə gigiyena qaydalarına riayət edilməsi xüsusi əhəmiyyət kəsb edir. Dərinin hətta ən cüzı zədələnmələri (kəsilmə, cızılma, əzilmə) zamanı zədələnmə sahəsi hər hansı bir antiseptik preparatla (yod, brilyant yaşılı - “zelyonka” və s.) işlənməlidir. Həşərat dışləməsindən sonra qaşınmış dəri sahəsi də antiseptiklə işlənməlidir. Travma sahəsində şişkinlik, qızartı və ağrı əmələ gəlmiş olarsa, dərhal həkimə müraciət emək lazımdır.

Uşağın dərisində əmələ gələn istənilən səpgilər (irinli və ya irinsiz) zamanı həkim-dermatoloqa müraciət etmək vacib hesab edilir. Buna etinasız yanaşaraq “öz-özünə keçib gedər” fikirləşən valideynlər yadda saxlamalıdırlar ki, uşağı həkimə göstərməklə, özlərini və uşaqlarını, gələcəkdə baş verə bilən ağır formalı dəri xəstəliklərinin müalicəsindən sıgorta etmiş olurlar. Sonradan uzun-uzadı müalicə edilməsi tələb olunan bəzi dəri xəstəlikləri isə bir çox hallarda digər orqanlarda ağır fəsadlar yarada bilər.

Dəri xəstəliklərinin (həmçinin digər xəstəliklərin də) profilaktikasında əsas əhəmiyyət kəsb edən faktorlardan biri uşağın immunitetinin möhkəmləndirilməsidir. Möhkəm immun sistemi özü, kənardan heç bir kömək olmadan, mikrob və virusların öhdəsindən gələrək xəstəliyin gələcək inkişafının qarşısını alır.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика