Sarılıq xəstəliyi haqqında el arasında çox danışılır: bəziləri deyir yoluxucu, bəziləri isə olmadığını bildirir. Bu dəfə sağlamolun.az sarılıq haqqında araşdırıb. Saytımıza hepatoloq Fərrux Nağıyev bildirib ki, olduqca yoluxucudur ve xalq arasında sarılıq adıyla tanınınr. Hepatit A, sağlam insana bu xəstəliyi daşıyan bir insanla eyni qida ve ya su istifadəsi səbəbi ilə yoluxar. Ayrıca cinsi əlaqə və ya xəstə bir insanın qan, sidik kimi beden mayelerinə təmasla da yoluxma mümkündür. Digər hepatit növləri kimi hepatit A 'da qaraciyərin iltihablanmasına səbəb olar.
Hepatit A' nın əlamətləri:
Bütün viral hepatitlərdə sarılıq başlamadan əvvəl:
* Ürək bulanması, qusma, ishal,
* Şiddətli iştahsızlıq,
* Mədə - bağırsaq şikayətləri,
* Qarnın üst bölgesində ağrı,
* Yorğunluq. Tek Hepatit A-da 38 C yüksek tempraturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Tempratur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönər.
Virual Hepatitlərdəki en tipik ifadə olunan:
* Göz ağının, deri ve mukoz membranların saralması,
* Sidiyin rənginin tündləşməsi,
* Nəcisin rənginin açılmasıdır.
Xəstəliyin başlanğıcından 2 - 3 həftə sonra nəcisin rəngi normala dönər. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər ve sarılıq görülə bilər.
Hepatit A' lı xəstələr sarılığın ortaya çıxmasıdan iki həftə əvvəl və sarılığın ortaya çıxmasından bir həftə sonraya qədər nəcislə çox miqdarda Hepatit - A virusu xaric edər ve xəstəliyi yoluxdurar. Əlamət göstərmədən xəstəliyi keçirən fərdler də, xəstəliyin yayılmasında səssiz bir qaynaq meydana gətirərlər.
Hepatit A virusu ümumiyyətlə oral-fekal (ağız-necis) yolla, kontaminə olmuş (virus yoluxmuş) su ve ya qidaların qəbuluyla, şəxslər arası təmasla, ya da cinsi təmasla yoluxar.
Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girər. Bu vəziyyət, kəslərin tualetə getdikdən sonra əllərini yumaması ve çirkli əlləriylə sağlam kəslərin yeməklərinə toxunması ilə də meydana gələr. Hepatit A virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifade edilməsi ən böyük yoluxma mənbəyidir.
Hepatit A xəstəliyi keçirən adam ilə yaxın təmas ve cinsi əlaqə də xəstəliyin yayılmasına səbəb olur.
Xəstəlikdən Qorunma Tədbirleri:
Xalqın fərdi gigiyena, əllərin tez-tez yuyunması, və tullantıların sağlam uzaqlaşdırılması qaydaların riayət etməsi,
* Sağlam içmə və istifadə etməsinin təmini ilə,
* Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyunması və bişirilmesiylə,
* Bakterioloji idarə olunmayan içmə sularının qaynadılmasıyla,
* Uşaq bağçalarında işləyən personala ve yaşayanlara lazımlı təhsilin verilməsilə xəs- təliyin qarşısı alına bilər.
Saglamolun.Az