Загрузка...

Quru və kövrək saçların səbəbi...

Saçların quru və kövrək olmasının səbəbi  dəri piyinin lazımı miqdarda ifraz olunmamasıdır.

Bu saçlarda parıltının, yumuşaqlığın, elastikliyin itirilməsi, quru kəpəyin əmələ gəlməsi və dərinin dartınması  ilə müçahidə olunur.  Ən əsas problem isə odur ki, saçların quruluğu onların mütləq şəkildə tökülməsinə səbəb olur.

Saçların kövrək olma səbəbləri:

Dəridə olan dəyişikliklər, insan orqanizminn ümumi vəziyyətindən xəbər verir. Adətən quru və kövrək saçlar, dəmir defisiti və anemiya xəstəliyi olan insanlarda daha çox təsadüf edilir. Bu hallarda orqanizmin bütün hüceyrələri hipoksiyadan əziyyət çəkdiyinə görə, baş dərisinin mikrosirkulyasiyası pisləşir, follikulun qidalanması pozulur. Bu isə saçların strukturunun dəyişilməsinə səbəb olur.

Mədə- bağırsaq xəstəlikləri zamanı, həzmin pozulması,həm  orqanizmin vitamin və mikroelementləri almasına mane olur, həmçinin orqanizmin patoloji vəziyyəti də orqanizm tərəfindən vitamin qəbulunu pozduğuna görə,quru və kövrək saçların yaranma səbəbinə çevrilir.

Xroniki böyrək xəstəlikləri  də həmçinin  dərinin vəziyyətindən  özünü biruzə verir. Quru, kövrək saçlar, qatlanan dırnaqlar adətən xroniki böyrək çatışmazlığı və vərəm infeksiyası olan xəstələrdə müşahidə olunur.

Dişlərin kariesi, badamcıq vəzinin iltihabı kimi xroniiki infeksiyalar və həmçinin qurd xəstəlikləri insana diskomfort yaratmayaraq, saçların bu vəziyyəti ilə özünü göstərə bilirlər.

Yalnız, tiroxlogiyada aparılan son araşdırmaların nəticəsinə görə, saçlarda yaranan bu problemlər əsasən səhv qulluq və ya qulluğun olmaması ilə bağlıdır. Səhv fikirlərdən biri isə odur ki, yağlı saçlar quruya bilməz. Bu fikirlərlə bir çox insanların  yağlı saçlar üçün istifadə etdiyi vasitələrdir ki, onlar saçların  daha da pisləşməsinə səbəb yaradıb, nəticədə nəinki quruluq, həm də kövrəklik əlavə edirlər.

Ən əsası isə fen, kimyəvi prosedurlar, tez-tez boyama, duzlu dəniz suyu, xlorlu hovuz suyu, bəzi preparatların qəbulu saçlara mənfi təsir etdiyini unutmayın. Buna görə saçlarınızın təbii rənginə üstünlük verərək, tərkibində bir çox ziyanlı maddələr olan boyalardan, yüksək dərəcəli istilik verən fenlərdən, saçlar üçün olan kmyəvi prosedurlardan uzaq olmağa çalışın.

Daraq seçiminə gəldikdə isə, taxta daraqlardan istifadə etmək hər tip saçlar üçün  məsləhətli sayılır.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика