2016-cı ildə Oklaxoma (ABŞ) sakini Jo Tippensə ağır ağciyər xərçəngi diaqnozu qoyulub. Xəstəlik artıq çox irəliləyib və orqanizm boyu yayılıb ki, həkimlər Joya 3 ay vaxt veriblər.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, baytarlıqla məşğul olan Jo öz metodikasından istifadə etməyə qərar verib. Jo KİV-lərdə oxuyub ki, son elmi araşdırmalar qurd əleyhinə dərmanların xərçəngə qarşı effektliyini aşkar edib.
Jo həkimlərin təyin etdikləri dərmanlarla bərabər itlərə verilən güclü qurqovucu preparatı qəbul etməyə başlayıb. Bundan əlavə Tippens E vitamini və bioloji aktiv kurkumin (sarıkökün tərkibində olan maddə) qəbul edirdi.
3 aydan sonra Tippens tomoqrafiya müayinəsindən keçib və məlum olub ki, həkimlərin "müalicə olunmayan" hesab etdikləri xərçəng şişi kiçilməyə başlayıb. 2017-ci ildə isə kişinin orqanizmində xərçəng şişi ümumiyyətlə aşkar edilməyib.
Yalnız bundan sonra Jo həkimlərə etiraf edib ki, öz "müalicə sxemindən" istifadə edirdi.
Saglamolun.Az