Mədə yanması ümumi bir şikayətdir. Xüsusilə, yeməkdən sonra mədədə və mədənin yuxarı tərəfində yerləşən qida borusunda yanma şikayətləri tez-tez təkrarlanırsa, deməli, həzm sistemində narahatlıqlar var. Evdə mədə yanması sadə üsullarla müalicə edilə bilər.
Sağlamolun.az bu üsullardan birini təqdim edir:
Kətan toxumu dəmləməsi
Yarım stəkan qaynar suya iki xörək qaşığı kətan toxumu tökün.
2-3 saat dəmləyin, daha sonra süzün.
Mədə yanması əsasən axşam saatlarında əmələ gəlirsə, yatmazdan əvvəl yarım stəkan qızdırılmış dəmləmə için. Bu resept mədə ifrazının artan intensivliyi üçün təsirli olur.
Saglamolun.Az