Загрузка...

Qız uşaqlarında aybaşı

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir.

Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnın aşağı nahiyəsinə isti su ilə qrelka və s.

Həkimlə məsləhətləşdikdən sonra bəzi dərman preparatları da istifadə etmək olar.

Aybaşı 3-5 gün davam edir, ümumiyyətlə isə, 7 gündən artıq olmamalıdır. Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət menstrual dövr adlanır. Bu dövr normada orta hesabla 28 gün (bir qəmər ayı) olur. Ancaq qızların heç də hamısında menstrual dövr dəqiq olaraq 28 gün olmur (onun müddəti orta hesabla 24-30 gün arasında dəyişilir). Əksər qızlarda isə bu dövr tez bir zamanda 28 günlük dövr şəklində formalaşaraq bütün dölyaratma dövrü ərzində (klimaks dövrünədək) dəyişilmir.

Menstruasiyanın birinci ili aybaşı dövrü qeyrimütəmadi ola bilər. Bəzən 1-2 dövr müddətinə heç bir səbəb olmadan və ya bir sıra səbəblər üzündən (müxtəlif xəstəliklər, mənəvi sarsıntılar, qorxma, travma, natamam qidalanma və s.) menstruasiya tamamilə olmaya bilər. Əgər aybaşı başlayandan bir il ərzində mütəmadi tsikl formalaşmazsa - tam qaydasına düşməzsə, mütləq ginekoloqa müraciət etmək lazımdır.

Qızlarda aybaşının olmaması 3 aydan artıq davam edərsə, bu halda da onları ginekoloqa (yaxçı olar ki, uşaq ginekoloqu olsun) göstərmək vacib hesab edilir. Bu, yumurtalıqların müxtəlif xəstəlikləri, dıgər ciddi patoloji hallar və ya hamiləliklə əlaqədar ola bilər.

Aybaşı zamanı orqanizm cəmi 50-100 ml qan itirir. İnfeksiyalara qarşı həssaslıq artdığı üçün bu dövrdə gigiyenik qaydalara ciddi riayət etmək vacib hesab edilir. Hər dəfə gigiyenik aybaşı bezlərini dəyişdirərkən xarici cinsiyyət üzvlərini də yumaq lazımdır. Bu zaman hər dəfə sabundan istifadə etmək lazım deyil. Aybaşı dövründə bədən tərbiyəsi ilə məşğul olmaq qadağan edilmir. Bu zaman, sadəcə olaraq, qarın divarının fiziki yüklənməsini istisna etmək tələb olunur.

Həkimlər qarşıdakı aybaşı haqqında qızlarını məlumatlandırmağın vacibliyi barədə analara xəbərdarlıq etdikdə, bir çox hallarda analardan “hələ vaxtımız var” cavabını eşidirlər. Nəticədə analar əksər hallarda qızlarını xəbərdar etməyə gecikirlər və qəflətən başlamış aybaşı zamanı, kifayət qədər məlumatı olmayan qızlar, qan görən kimi qorxur, təşvişə düşürlər. Bəzən hazırlıqsız olan qızlar onlarda baş verən dəyişikliklərdən utanaraq, baş vermiş menstruasiya barədə öz analarına xəbər vermir, müvafiq gigiyenik olmayan materiallardan (tam təmiz olmayan əsgilər, tualet kağızı və s.) istifadə edirlər ki, bu da onların müxtəlif infeksiyalara yoluxması ilə nəticələnə bilər. Belə problemlərin baş verməməsi üçün artıq 9 yaşında analar qızlarını qorxuya salmadan onlara aybaşı barədə ilkin məlumatlar verməlidirlər.

Qanazlığı olan qızları aybaşı dövrünə daha ciddi hazırlamaq lazımdır. Bu məqsədlə onların qida rasionunda ət, qarabaşaq sıyıqları, alma, bal və s. qidaların miqdarını artırmaq lazımdır. Bu zaman həkim-hematoloq (qan xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən xüsusi preparatlar da təyin edilə bilər.

Aybaşı vaxtı həddən artıq qanaxma olarsa, onun müddəti 1 həftədən artıq davam edərsə, ağrılarla müşayiət olunarsa, qızınızı mütləq pediatra göstərmək, həmçinin ginekoloq və hematoloqla məsləhətləşmək də vacib hesab edilir. Bir çox hallarda analar qızlarında ağrı ilə keçən aybaşıya etinasız yanaşırlar. Nəzərdən qaçırmayın ki, bu ağrılara səbəb cinsiyyət üzvlərinin müxtəlif iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, əyriliyi, yumurtalığın sist (kistaları) və şişləri və s. də ola bilər.

İlk aybaşıdan sonra hamilə qalmaq ehtimalı olsa da, 18 yaşa qədər hamiləliyin baş verməsi orqanizmin inkişafının hələ davam etməsi və qızın ana olmağa hələ psixoloji cəhətdən də hazır olmaması səbəbindən, heç bir halda arzuolunan hesab edilmir. Həkimlər hesab edirlər ki, ilk aybaşıdan sonra 5 il ərzində qızların orqanizmi hamilə qalmağa hələ kifayət qədər hazırlıqlı hesab edilmir. Yeniyetmə dövrü hamiləlik üçün risk faktoru sayılır. Yeniyetmə hamilələrdə bir çox hallarda ağır toksikozlar inkişaf edir, doğuş ağır keçir, körpələr çox vaxt anadangəlmə patologiyalarla doğulurlar. Bütün bu hallar gənc ana orqanizminin və onun cinsiyyət üzvlərinin kifayət dərəcədə yetkinləşməməsi ilə bağlıdır.

Ana olmagın minimal yaş dövrünü hesablamaq üçün aybaşı başlayan yaşın üzərinə 5 il əlavə etmək lazımdır:

13 yaş + 5 il = 18 yaş;

14 yaş + 5 il = 19 yaş və s.

Azyaşlı qızlarını ərə verməyə hazırlaşan valideynlər bunu mütləq bilməlidirlər.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#127 Administrator 15.11.2014 07:35
Qızlarda menstruasiya başladıqdan sonra 1 il ərzində menstrual dövr tənzimlənir. Bu müddət ərzində menstruasiyalar qeyri-müntəzəm ola bilər - bir ay menstruasiya olur, sonra 1-2 ay olmur və s.
1 il keçdikdən sonra isə menstruasiyalar müntəzəm olmalıdır, yəni müəyyən müddətdən sonra (bu, məsələn, 26, 28, 30, 32 gün ola bilər) təkrar olunmalıdır.
Hələ ki narahatçılıq üçün səbəb yoxdur.
#128 aytenn 01.12.2014 14:47
salam menim 13 yasim var 12 yasimda aybasi olmusam .olduqdan sonra 7 ay aybasi olmadim bunun sebebi nedir?ve bele bir sey mumkundurmu
#129 Administrator 01.12.2014 16:27
Bu linkə keçib sualı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html
#130 Rehimexanim 30.03.2015 13:45
Salam menim 12 yasim var.2 defe aybasi olmusam.1 hefte gecikmisem.Axir inci defe 20 fevralda oldum ve indi martin 30 dur hele de olmamiasam.Bu tehlukelidir?Me n cox narahatam xais edirem cavab yazin.
#131 xeyale 24.01.2016 16:57
salam hekim 15 yawli qiz ucun prolaktin 19.66 di sizce bu coxdu birde qizimda ay bawi pozqunluqu var hekim bir tapletka yazib 3 ay icmelidi sizce ne etmeliyem cox narahatam meslehet vererdiz cox xahiw edirem
#132 Administrator 26.01.2016 15:14
Bu linkə keçib sualı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya.html

Загрузка...
loading...

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика