Avstraliyada yaşayan Den Royals adlı kişi müntəzəm olaraq enerji içkilərini qəbul edirdi.
Bir müddət keçdikdən sonra sonra Den fikir verib ki, onun dilinin üzərində yaralar əmələ gəlib.
Saglamolun.az Daily Mail-ə istinadla xəbər verir ki, həkimlər Deni müayinə edib və belə qərara gəliblər ki, bunun səbəbi məhz enerji içkilərin həddindən artıq miqdarda qəbuludur. Bu içkilərin tərkibində olan maddələr dilin zərif toxumalarına güclü yandırıcı təsir edib, burada xoraların əmələ gəlməsinə səbəb olub.
Mütəxəssislər qeyd edir ki, bu içkilər daxili orqanlara da eyni mənfi təsir edir.
Saglamolun.Az