Загрузка...

XƏSTƏLİKLƏRİ yaradan EMOSİYALAR

19-cu əsrin əvvəlində alman psixiatrı İohan Haynrot tibb "psixosomatika" (psycho - ruh, somos - bədən) termini daxil edib.

Alim öz təcrübəsindən belə qərara gəlib ki, bir çox bədən xəstəliklərinin səbəbi ruhdur, yəni emosiyalardır. Təbii ki, söhbət mənfi emosiyalardan, mənfi hisslərdən gedir. Xüsusilə insan bu hisləri uzun müddət ərzində yaşayır, onları gizlədir, boğur, onlardan əziyyət çəkirsə, bu somatik xəstəliklərin inkişafına təkan verir.

Müasir elm də mənfi emosiyaların insan sağlamlığına olan təsirini təsdiq edir və psixosimatikanı daha dərin öyrənir.

Belə ki, psixosomatika mütəxəssislərinin fikrinə görə, qastrit və xora xəstəliyi daha tez-tez daim özündən narazı olan, öz hərəkətlərini, sözlərini daim analiz edən, özündə səhvlər axtaran, keçmişdə baş vermiş səhvləri, inciklikləri unuda bilməyən insanlarda inkişaf edir.

Hipertoniyaya həddindən artıq məsuliyyətli, işgüzar, istənilən işi sona qədər çatdırmaq üçün hər şeydən keçən, istirahət edə bilməyən insanlarda  daha tez-tez rast gəlinir.

Qadın xəstəlikləri (mioma, kista və s.) xəyanətlə üzləşmiş, həyat yoldaşını sevməyən, ona etibar etməyən, öz qadınlığından imtina edən qadınlarda daha tez-tez təsadüf edilir.

Qaraciyər xəstəliklərinin riski qəzəbli, kinli, tez hirslənən, özündən çıxan insanlarda daha çoxdur.

Dəri xəstəlikləri (psoriaz, dermatitlər və s.) öz həyatından, işindən narazı olan, onlarda heç bir dəyişiklik edə bilməyən və daim bundan qıcıqlanan insanlarda inkişaf edə bilər.

Ürək xəstəlikləri sevinməyi, sevməyi bacarmayan, hirsi, kədəri, qorxuları daim dəf etməyə çalışan insanlarda daha tez-tez aşkar olunur.  

Beləliklə, sağlam olmaq istəyirsinizsə, mənfi hisləri və emosiyaları atmağa, onları unutmağa çalışın, özünüzü və ətrafdakıları sevin, sevinin, insanları bağışlamağa bacarın, hirsi, kədəri, inciklikləri özünüzdə saxlamayın.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика