Belə ayaqqabıları geyinən qadınlar ayaqlarını korlayır

Hamı bilir ki, hündürdaban ayaqqabı qadın sağlamlığına ziyan vurur - varikozun inkişafına, onurğa problemlərinə, bel ağrılarına və s. səbəb olur.

Lakin hal hazırda dəbdə olan yastı ayaqqabı da ziyansız deyil. Pəncəmizin təbii əyriliyi var. Bu əyrilik amortizasiya funksiyalarını yerinə yetirir ki, yerimə, qaçış zamanı oynaqlara, onurğaya düşən gərginlik azalır. Bu isə oynaqları və onurğanı xəstəliklərin inkişafından qoruyur.

Qadın daim yastı ayaqqabıları geyindikdə pəncə deformasiya olunur, yastılanır və artıq amortizasiya funksiyanı tam yerinə yetirə bilmir. Məhz bu səbəbdən daim yastı ayaqqabı geyinən qadınlarda oynaq və onurğa xəstəliklərinə hündürdaban ayaqqabı geyinən qadınlarla müqayisədə hətta daha tez-tez təsadüf edilir.

Sağlamlığınızı qorumaq istəyirsinizsə, ayaqqabı seçərkən ortopedlərin tövsiyələrinə riayət edin:

- ayaqqabı təbii materialdan olmalıdır ki, pəncə nəfəs ala bilsin.

- ayaqqabı ayağı yaxşı "tutmalıdır". Ayaq ayaqqabının içində daim sürüşür və laxlayırsa, bu pəncənin bağlarının və vətərlərin dartılmasına və pəncədə ağrılara səbəb olacaq.

- ayaqqabı ayaqları sıxmamalıdır. Bu pəncə oynaqlarının deformasiyasına, pəncədə qan dövranının pozulmasına səbəb olur.

- daban enli, hündürlüyü isə 2-4 sm olmalıdır.

Saglamolun.Az




loading...

Baş ağrıları haqqında ən vacib məlumatlar