Duzun daha bir zərəri aşkarlandı

Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib.

Oxu.az xəbər verir ki, bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə deyilir.

Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik dəri xəstəliyi - red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib.

Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub.

Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən atopik dermatit meydana gəlir.

Saglamolun.Az




loading...

KESAR ƏMƏLİYYATI YOXSA TƏBİİ DOĞUŞ?

 


Яндекс.Метрика