Şirin içkilər erkən ölüm riskini artırır


Şirin içkilər ölümcül təhlükəlidir. Sputnik Azərbaycanın xarici mətbuata istinadla bildirdiyinə görə, Harvard universitetinin alimləri belə qərara gəliblər ki, şirin içkilər erkən ölüm riskini artırır.

Geniş əhatəli araşdırmada 80 mindən çox qadın və 37 min kişi iştirak edib. Mütəxəssislər onların vəziyyətini 30 il ərzində müşahidə ediblər.

Könüllülər hər 4 ildən bir öz rasionları haqqında əhatəli anket təqdim etməklə yanaşı ildə iki dəfə həyat tərzi və sağlamlıq vəziyyətləri haqqında danışıblar. Müəyyən edilib ki, yüksək şəkər tərkibli işçilər insanın ömrünün uzunluğuna təsir edir. Belə ki, həftədə 2-6 pay içənlərin ölüm riski 6 faiz, hər gün içənlərin isə ölüm riski 14 faiz artır.

Şirin içkilərin ürək xəstəlikləri ilə də əlaqəsi var. Belə ki, gündə 2 pay bu içkilərdən içənlərin ürək xəstəliklərindən ölüm riski 31 faiz artmış olur.

Alimlər qeyd ediblər ki, şirin içkilərin sağlamlığa zərərlərinin qarşısını almaq üçün onları qazlı sular və ya adi su ilə hazırlanmış şirələrlə əvəz etmək lazımdır.

Saglamolun.Az




 


Яндекс.Метрика