Kakaonun inanılmaz faydası

Almaniyalı alimlər araşdırma zamanı müəyyən edib ki, tərkibində kakao olan məhsullarda insan orqanizmi üçün çox vacib olan D2 vitamini var.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, günəş şüaları altında qurudulmuş kakao paxlasındakı D vitamini D2 vitamininə çevrilir. Alimlər müxtəlif kakao məhsullarının kütlə spektrometrik analizlərini aparıblar. Müəyyən edilib ki, kakao çox miqdarda vitamin D2 mənbəyidir.

Eyni zamanda, ekspertlər fərqli kakao məhsullarının müxtəlif məzmunlu tərkibə malik olduğunu vurğulayırlar. Məsələn, ağ şokoladın içində bu, demək olar ki, yoxdur.

Xatırladaq ki, D vitamini insanın sümüklərinin böyüməsi və osteoporozun profilaktikası üçün vacibdir. Bu, daha çox balıq yağı, göbələk və dəniz məhsulları, süd və yağ, qırmızı və qara kürü, dəniz yosunu tərkibində var.

Daha əvvəllər aparılan araşdırmaya görə, D vitamini süd vəzisi xərçənginin inkişafının qarşısı alır.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Gülnarə Xasiyeva

Gülnarə Xasiyeva

Oftalmologiya

Oftalmoloq Tibb elmləri namizədi

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика