Загрузка...

Bu qidalar Altsheymer xəstəliyinin riskini azaldır

Altsheymer xəstəliyi - baş beyinin, əsasən gicgah və parental payın, atrofiyası nəticəsində yaranan qocalıq kəmağıllığının bir növüdür.

Bu ağır xəstəliyin müalicəsi yoxdur. Xəstəliyin gecikmiş mərhələlərində xəstə ətrafdakıları tanımır, hətta öz adını və kim olduğunu unudur, elementar bacarıqları (yemək yemək, paltar geyinmək və s.) itirir.

Raşa Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, balıq və dəniz məhsullarının (krevet, kalmar, dəniz yosunları və s.) qəbulu bu ağır xəstəliyin inkişafı riskini xeyli azaldır. Alimlər həmçinin qeyd edirlər ki, balıq yağı prepartalarının qəbulu bu riski azaltmır.

MedicalDaily xəbər verir ki, alimlər 2004-2013-cü illərdə dünyasını dəyişmiş yaşlı insanların beyin toxumalarını analiz ediblər. Analiz göstərib ki, həftədə heç olmasa 1 dəfə balıq və dəniz məhsullarını yeyən insanların bu məhsulları yeməyən insanlarla müqayisədə beyin toxumasında Altsheymer xəstəliyinə işarə edən dəyişikliklərə daha az rast gəlinirdi.

Alimlər belə hesab edirlər ki, Altsheymer xəstəliyinin riskini azaltmaq üçün insan həftədə ən azı 2 dəfə balıq və dəniz məhsullarını yeməlidir.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика