Azərbaycanda güclü zəlzələ ola bilər? Seysmoloqdan açıqlama

Fevralın 5-də Şamaxıda baş verən güclü zəlzələnin ardından çox sayda afterşok baş verib.

Bu barədə Oxu.Az-a Şamaxı Seysmoloji Xidmət Mərkəzinin direktoru İsmət Qasımov məlumat verib.

İsmət Qayıbov kiçik təkanların sayının 400-ə çatdığını bildirib. Baş verən təkanların gücü 2-3 bal olub.

Onun sözlərinə görə, güclü zəlzələ olmayacaq, lakin kiçik təkanların baş verməsi qaçılmazdır:

“Bunlar hər hansı dağıdıcı qüvvəyə malik olmayan zəlzələlərdir. ‌Hazırda afterşoklar davam edir, bu proses ayın sonuna qədər davam edə bilər” .

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Saglamolun.Az

............




loading...

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...

 


Яндекс.Метрика