Загрузка...

Hormonların qadın sağlamlığına və xarici görünüşünə təsiri

Qadının hormonal fonunun normal olmasından onun sağlamlığı və hətta xarici görünüşü asılıdır. Bu səbəbdən öz hormonal fonuna daim diqqətli olmaq lazımdır.

1. Estrogen

Bu hormon yumurtalıqlarda istehsal olunur. Bu əsas qadın hormonudur. Estrogen hüceyrələrin yenilənməsini sürətləndirir, saçların və dərinin cavanlığını qoruyur, damarları xolesterinin yığılmasından qoruyur.

Orqanizmdə artıq olduqda:

- Qarın və omba nahiyəsində həddən artıq köklüyə səbəb olur. Bundan əlavə estrogenin artıqlığı xoşxassəli şişlərin əmələ gəlməsinə səbəb olur.

Orqanizmdə normadan az olduqda:

- Dərinin vaxtdan tez qocalmasına, qırışların daha tez əmələ gəlməsinə, saçların vəziyyətinin pisləşməsinə, bədəndə arzu edilməyən tüklənmənin (üzdə, doş nahiyəsində, qollarda) əmələ gəlməsinə səbəb olur.

2. Testosteron

Bu hormon böyrək üstü vəzilərdə istehsal olunur. Testosteron qadını daha inadlı, davamlı, möhkəm edir. Qadının orqanizmində testosteron çox olduqda, o, müxtəlif idman növləri ilə məşğul olduqda daha yüksək nəticələr qazanır, əzələ toxumasını daha tez yığır və s.

Qadının orqanizmində testosteronun artıqlığı olduqda qadın kişiyə bənzəməyə başlayır.

3. Oksitosin

Bu hormon qadın orqanizmində incəliyə və bağlılığa cavabdehdir. Bu hormonun qadın orqanizmində yüksəlməsi doğuş zamanı və doğuşdan sonra baş verir.

Orqanizmdə artıq olduqda:

- Emosional və fiziki yükləmələr və stress zamanı oksitosin daha böyük miqdarlarda ifraz olunur. Məhz bu səbəbdən stress və gərginlik zamanı qadın daha çox ətrafdakıların qayğısına qalmaq, yemək bişirmək, uşaqarla dərslərdə kömək etmək və s. istəyir.

4. Tiroksin

Qalxanvari vəzidə sintez olunan hormondur. Bu hormon həm qadının bədəninə, həm ağlına cavabdehdir. Mübadilə proseslərini tənzimləyən tiroksin qadının incəliyinə cavabdehdir. Digər tərəfdən tiroksin qadının ağlına və zəkasına cavab verir.

Orqanizmdə artıq olduqda:

- Tiroksin orqanizmdə həddən artıq olduqda qadın tez arıqlayır, hətta onda anemiya inkişaf edə bilər. Qadın həyacanlı olur, onun yuxusu, yaddaşı pozulur, taxikardiya əmələ gəlir.

Orqanizmdə normadan az olduqda:

- Bədən çəkisinin tez yığılmasına səbəb olur, hətta sonsuzluğa gətirib çıxardır.

5. Noradrenalin

Noradrenalin stress vəziyyətdə böyrək üstü vəzilərdə sintez olunur. Bu hormon damarları genişləndirir, dərini daha elastik və dartılmış edir. Noradrenalin qadında əminlik hissi yaradır, çətin vəziyyətlərdən çıxmağa kömək edir.

6. İnsulin

Mədəaltı vəzidə ifraz olunur. Mürəkkəb karbohidratları parçalayır, orqanizmdə qlükozanın səviyyəsini tənzimləyir, bizə enerji verir.

Orqanizmdə normadan az olduqda:

- Əgər qadının yaxın qohumları arasında şəkərli diabetdən əziyyət çəkən insanlar varsa, qadın öz pəhrizinə daha diqqətli olmalıdır.

Saglamolun.az


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /314

Яндекс.Метрика