4 övlad atası doğuş sancıları keçirdi - VİDEO

 

Xanımına "uşaq doğmaq o qədər də çətin iş deyil" söyləyən kişi övlad dünyaya gətirməyin ağrı-acısını bilmirdi. Anlayanda isə artıq gecdi.

Milli.Az Daily Mail-ə istinadən bildir ki, Britaniya vətəndaşı, İspaniyanın Qran-Kanariya şəhərində yaşayan 47 yaşlı Maykl Riçardsonun 4 övladı var. O, xanımı Codi ilə günlərin birində mübahisə edərək uşaq doğmağın çətin olmadığını deyir.

Codi sinirlənir, "Sınamaq, o ağrını yaşamaq istəyirsənmi?" soruşanda Maykl düşünmədən "Hə! Nə var ki?!" deyir.

Deyir və dilinin bəlasına düşür.

Codinin yaxın rəfiqələri arasında texnik və ginekoloqlar var. Onlar Riçardsonların evinə qadında doğuş sancılarını imitasiya edən qurğu gətirirlər.

Maykl Riçardsona doğuş sancılarının nə olduğunu anlamaq təklif olunur, o da razılaşır.

Lakin Maykl sınağa cəmi bir neçə saniyə dözür, sonra qışqırıb yalvarmağa, "Bəsdir! Artıq dözə bilmirəm!" deməyə başlayır.

Codi yaşananları smartfonla çəkir və ərinin qışqıraraq yalvardığını görəndə gülür, "Hə, nə oldu?! İndi anladınmı doğuş sancılarının nə olduğunu?!" deyir.

Saglamolun.Az