Orqanizmi toksinlərdən təmizləyən məhsullar

Orqanizmi şlak və toksinlərdən təbii vasitələrlə də təmizləmək mümkündür.

Saglamolun.az qafqazinfo.az-a istinadla xəbər verir ki, bunun üçün "düzgün" meyvə və tərəvəzdən bol yemək yetərlidir.

Diyetoloqların sözlərinə görə, alma orqanizmdən zərərli maddələri tez bir zamanda çıxara bilir. Lakin onları lif və vitaminlərlə zəngin olan qabıqları ilə bərabər yemək lazımdır. Alma pektinlərlə zəngindir. Bu maddələr təbii enterosorbentdir, ziyanlı maddələri özünə hopdurur və çölə çıxardır. Çuğundur, kök, heyva, portağal, qarağat, gavalı, ərik də pektinlərlə zəngindir. 

Ağ kələm orqanizmi təmizləyən liflərlə olduqca zəngindir. Bundan başqa, onun tərkibindəki kükürdü qaraciyər süzgəc kimi istifadə edir.

"Detoks-liderlər"in üçlüyünü baş soğan yekunlaşdırır. O, tərkibindəki aminoturşular sayəsində toksinlərlə effektiv mübarizə aparır.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...