Загрузка...

Yağlı qidaların kişi sağlamlığına ziyanı

Şimali Karolina Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlarla zəngin olan qidalanma, xüsusilə yağlı ət və pendir növlərinin çoxlu miqdarda qəbulu, kişilərdə prostat vəzi xərçəngnin ən ağır formalarının inkişafına təkan verir.

MedicalXpress xəbər verir ki, alimlər 5 il ərzində 2000-ə yaxın prostat vəzi xərçəngi olan kişilərə nəzarət ediblər, onların qidalanmasını, həyat tərzini araşdırıblar. Nəticədə alimlər belə qərara gəliblər ki, qidalanmasına daha çox polidoymamış yağlar olan (məsələn, balıq, qoz və s. kimi məhsullar) kişilərdə prostat vəzi xərçənginin daha yüngül formaları inkişaf edirdi. Əksinə tez-tez yağlı ət, yağlı pendir kimi məhsulları qəbul edən kişilərdə prostat vəzi xərçənginin ən ağır formalarına rast gəlinirdi.

Həmçinin qanda xolesterinin səviyyəsini aşağı salan "statin" preparatları qəbul edən kişilərdə də bu xəstəliyin ağır formalarının inkişafı riski daha aşağı idi.

Bu yaxınlarda keçirilmiş digər araşdırma göstərib ki, statin preparatların qəbulu prostat vəzi xərçənginin müalicəsində istifadə oluna bilər və müalicəni daha effektli edə bilər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика