Yayın qızmar, lap adamı əldən salan vaxtıdır. Şəhərin hay-küyündən, maşınların tüstüsündən, tıxacından, ümumiyyətlə gündəlik sıxıcı, problemli həyatdan baş alıb getmək istəyirsən.
Bəs neçə gün istirahət insan üçün ideal sayıla bilər?
Moderator.az xəbər verir ki, Niderlandın Neymeqan universitetinin alimləri bu ideal günləri müəyyənləşdiriblər.
Ekspermentdə orta yaşı 42 olan 54 işləyən adam iştirak edib. Onlar 15 gündən 34 günədək uzanan istirahətə gediblər və məzuniyyətdən əvvəl və sonra özlərini necə hiss etməkdən danışıblar. Tədqiqatçılar müxtəlif faktorlarla – sağlamlığın vəziyyəti, yorğunluq, razı qalmaq, əhval-ruhiyyə, gərginlik və enerji səviyyəsi ilə maraqlanıblar.
Eksperimentin gedişində məlum olub ki, məzuniyyətin 8-ci günü göstəricilər yaxşılaşmağa başlayıb. Məzuniyyətin səkkiz və ya 28 gün olmasından asılı olmayaraq, bir həftə ərzində onun gümrahlığı və keyfi əvvəlki səviyyəyə qayıdıb.
Alimlər onu da qeyd ediblər ki, sağlamlıq üçün ildə bir dəfə uzun müddətli məzuniyyətdənsə, tez-tez istirahət etmək insana daha faydalıdır.
Saglamolun.Az