Məşhur alim: Xolesteroldan qorxmayın, qan şəkərindən qorxun!

Türkiyənin daxili xəstəlikər üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini verib.

Publika.az xəbər verir ki, professor heyvan və bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri olmadığını deyib.

Bildirib ki, yumurta, qatıq, süd və təbii yağlardan istifadə etmək faydalıdır. Meyvə və tərəvəzlər isə yalnız mövsümündə istifadə edilməlidir.

Şəkərli və qazlı içkilər

“Bu tip içkilər spirtli içki qədər zərərli deyil. Ondan daha zərərlidir. Bu içkilərin tamamilə qadağan edilməsi vacibdir. Ağ şəkərin bütün hüceyrələrə təsiri var. Uşaqlara şəkər yerinə bir az meyvə suyu verə bilərsiniz”.

Yumurta

“İnsan bədənin 60%-i sudan ibarətdir. 20%-i heyvan mənşəli protein, 19%-i isə yağdır. 1%-dən az isə karbonhidratdır. Siz karbohidrata yüklənəcəksiniz. Uşaqlara yumurta verin. Həm də kənd yumurtası. Sərbəst gəzən toyuqların yumurtalarını tapın”.

Yağ

“Mənim həyatım yağ yeməklə keçdi. Bütün yeməklərin ləzzəti yağdır. O uzun ömür yaşayan insanlar da yağ yeyiblər. Lakin yağlar işlənməmiş, təkrar istehsaldan keçməmiş olmalıdır.

Xolesterol

“Xolesterol xəstəliyi deyə bir şey yoxdur. O xəstəliyi dərman firmaları icad edib. Xolestroldan qorxmayın. Qan şəkərindən qorxun! Xolestrol yağ deyil, hormondur. Yanğını yanğınsöndürənlərmi çıxarır? Yox. Bədəndəki yanğını da xolesterol söndürür. Artıq şəkər bədəndə triqliseritin miqdarını çoxladır. Ağ şəkər, şirniyyatlar, qazlı içkiləri ağzımıza qoyduğumuz zaman qan şəkəri yüksəlir. Bu da anında hücüeyrələrə təsirini göstərir. Triqliseritlər 22 növ xəstəlik yaradır. Yüksək təzyiq, damar tıxanıqlığı, damar sərtliyi və xərçənglər”.

Faydalılar

“Yumurta, qırmızı ət, tam yağlı pendir, tam yağlı qatıq vücudumuzun ehtiyacıdır”.

Gündə 2 dəfə yemək

24 saat ərzində ilk yediyimiz öyün səhər yeməyidir. Tez-tez yox, acarkən yeməlisiniz. İbn Sina deyir ki, iki öyün sağlamlıq, üçüncü xəstəlikdir. Çünki insan bədəni ona görə prqoramlaşdırılıb.

İdeal səhər yeməyi

“Neçədə qalxarsanız-qalxın, təbii yağ, fındıq, fıstıq, yumurta yeməlisiniz. Arada bolca su için. Türk qəhvəsi də içə bilərsiniz. Kərə yağında yumurta, omlet, təbii pendir”.

Mövsümündə nə varsa

“Yanvar ayında badımcan yeməyin. Yalnız təbii meyvə istifadə edin, o da miqdarında. Alma, portağalın qurdlu olanını alın”.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Elçin Zodanov

Elçin Zodanov

Plastik cərrahiyyə

Plastik cərrah İş stajı - 5 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика