Qadın bezlərinin təhlükəli tərəfləri

Hesablamalara görə, bir qadın bütün həyatı boyu təxminən 12 mindən çox bez və ya tampon istifadə edir.

Bəs fasiləsiz olaraq, bu bezlərdən istifadə etmək nə qədər doğrudur?

Səhiyyə təşkilatlarının araşdırmasına görə, bezlərdə kanserogen (xərçəng əmələ gətirən kimyəvi maddə) maddələr mövcuddur. Bu isə artıq sağlamlıq üçün təhlükə deməkdir. Bundan başqa, qadınların menstrual tsikl dövründə və gündəlik istifadə etdikləri bezlərə əlavə olaraq, rəng, ətir və dioksin maddələr də əlavə edilir. Bunlar isə qadının bədəni tərəfindən çox tez və asanlıqla sorularaq qana keçir.

E-tibb.az bildirir ki, sözügedən bezlərdə plastik maddələr belə mövcuddur. Belə maddələr, əsasən, bezlərin yapışqanlı hissəsində olur. Bu isə hamilələr üçün xüsusilə təhlükəlidir. Həkimlər bildirir ki, gündəlik bezlər hamilələrdə embrion inkişafına ciddi təhlükə yarada bilər. Çünki bədən bu plastik maddələr səbəbindən normal nəfəs ala bilmir.

Qadın bezlərinin eyni zamanda göbələk infeksiyasına yol aça bildiyi vurğulanır.

Bezlərdən düzgün istifadə etməməyin də fəsadları var. Belə ki, bezlər gün ərzində 1-2 saatdan bir dəyişdirilməlidir. Ətirli bezlərdən isə istifadə etmək olmaz. Güclü həssaslığı olan qadınların, ümumiyyətlə, gündəlik bez və tampon istifadə etməsi məsləhət deyil. Çalışmaq lazımdır ki, təbii materiallardan istifadə olunsun və tez-tez dəyişdirilsin. Tərkibində neylon miqdarı çox olan bezlərin istifadəsi daha zərərlidir. Neylon səviyyəsi artdıqca infeksiya riski də artır.

Bundan başqa, bezlərin istifadəsi vacibdirsə, onları dəyişərkən əlləri daha diqqətlə yumaq lazımdır. Çünki həmin bezlərdə xeyli infeksiya toplanır.

Ginekoloq, uzman həkim Rəşad Sultan e-tibb.az-a bildirib ki, bezlər göbələk infeksiyasına yol aça bilər: "Amma bu bezlərin xərçəngə səbəb olması fikri doğru deyil".

Bəs, qadınlar bez seçərkən nəyə diqqət etməlidirlər? Həkimin fikrincə, bu məsələdə xüsusi bir parametr yoxdur: "Bezlərə paltar kimi yanaşmaq lazımdır. Biz həmişə məsləhət görürük ki, sintetik alt paltarlarından qaçın. Çalışıb tərkibində daha çox pambıq olan bezləri almaq lazımdır. Bundan başqa, əgər qadın hiss edirsə ki, bez onda qaşıntı əmələ gətirir, mütləq onu dəyişməlidir".

Həkimin sözlərinə görə, axıntı, qaşınma, yanma şikayətləri ilə müraciət edən xəstələrlə bağlı bir neçə istiqamətdə araşdırma aparılır ki, buraya bezlər də daxildir. Bütün hallarda isə mama-ginekoloq bezlərin qadağan edilməsini doğru saymır. Eyni zamanda, gündəlik bezlərdən, tamponlardan istifadə etməkdənsə, alt paltarının tez-tez dəyişdirilməsini məsləhət görür.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

 


Яндекс.Метрика