Bakı metrosunda həyəcan: sərnişinlər vaqonları tərk etdilər

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasındakı tuneldə elektrik xəttində qızma olub.

Bu barədə Trend.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb: "Qısaqapanma olmayıb. Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib".

Qurum rəsmisi deyib ki, hazırda qatarların intervalında heç bir ləngimə yoxdur.

----------
09:49

Bu gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb.

Report.az xəbər verir ki, "Xətai" stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.

Bu xəbərdarlıqdan sonra isə sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.

Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, gecikməyə səbəb adıçəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.

Saglamolun.Az