Dölün ana bətnindəki həyatı

 

 

 

 

 

 

 

 

 

Ana bətnində yerləşən döl ətrafdakı səs və işıq siqnallarına reaksiya verir. Ananın qarın boşluğunun qəfləti səs və güclü işıq siqnalları ilə qıcıqlandırılması dölün hərəkətinin və ürəkdöyünməsinin artmasına səbəb olur.

Döl ananın səsini, ürəkdöyünməsini, bağırsağının qurultusunu eşidir və bütün bunlar ona sakitləşdirici təsir göstərir. O, tənəffüs hərəkətləri edir (gələcək tənəffüsün məşqi), barmağını sorur, xeyli hərəkət edir.

Dölün hərəkətli aktivliyi normal inkişafın göstəricisi kimi qiymətləndirilir. 12 saat ərzində tərpənmə saylarının 10-dan az olması döl üçün təhlükə əlaməti olmaqla, hamilə qadının təxirəsalınmadan həkimə müraciət etməsini tələb edir. Dölün hərəkətinin zəifləməsi və ya xeyli artması da onun inkişafındakı qüsurların göstəricisi kimi qiymətləndirilməlidir.

Bəzi hallarda dölyanı suların çoxluğu və qadının çəkisinin normadan artıq olması hamilə tərəfindən dölün tərpənmələrini hiss edə bilməməsinə səbəb olur.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика