Загрузка...

Mən niyə arıqlayıram? 7 GİZLİ SƏBƏB

Səbəbsiz arıqlama ən təhlükəli simptomlardan biri sayılır. 1 ay ərzində çəkinin 1-2 kq azalması təhlükəli deyil.

Lakin pəhriz saxlamayan və həyatında heç bir dəyişiklik (güclü stress, xəstəlik və s.) olmayan insanın çəkisi 1 ay ərzində 5% və bundan artıq düşübsə, bu mütəxsəssisə müraciət etmək üçün ciddi səbəb sayılır.

Sizə səbəbsiz arıqlamanın səbəblərini təqdim edirik:

- Qalxanvari vəzi xəstəliyi. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması) zamanı insanda maddələr mübadiləsi kəskin sürətlənir ki, nəticədə insan səbəbsiz olaraq arıqlamağa başlayır. Digər simptomlar: nəbzin artması, tərləmənin güclənməsi, əsəbilik, dərinin quru olması, əllərin əsməsi və s.

- Depressiya kəskin arıqlamaya səbəb olur. Bir çox hallarda insan özündə bu pozulmanın olduğunu anlaya bilmir və həkimlərə müraciət etmir.

- Ciddi mədə-bağırsaq sistemi xəstəlikləri (xroniki pankreatit, xroniki xolesistit).

- Hepatit C. Bu qaraciyəri məhv edən təhlükəli infeksiya gizli inkişaf edir və uzun müddət ərzində özünü heç bir simptomla büruzə vermir. Məhz bu səbəbdən onu "lal qatil" adlandırırlar.

- Vərəm. Bu xəstəlik də gizli inkişaf edir və çəkinin azalmasına səbəb olur. Arıqlamadan əlavə xəstədə uzunsürən öskürək,  hərarətin uzun müddət ərzində 37 C-dən qalxması, ümumi halsızlıq, gecə vaxtı güclü tərləmə və s.

- Qurd xəstəlikləri də arıqlamaya gətirib çıxardır. Digər simptomlar arasında: ürəkbulanması, qarında ağrılar, köp, bəzən dəridə səpgilərin əmələ gəlməsi.

- Onkoloji xəstəliklər.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика