Qalmaqallı baş həkim vəzifəsindən kənarlaşdırıldı

Səhiyyə Nazirliyi Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evi ətrafında yaranan qalmaqallı video ilə bağlı araşdırma aparır.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

“Araşdırmalar aparıldığı müddətdə Nəhayət Əliyeva vəzifədən kənarda qalacaq.

N.Əliyevanın səlahiyyətlərini müvəqqəti olaraq onun müavini icra edəcək”.

Saglamolun.Az