Depressiya: simptomları və həlli yolları

İnsanlar bəzən zaman-zaman özlərini xoşbəxt və ya tam əksi bədbəxt hiss edirlər.

Səbəblər təbii ki, müxtəlifdir. İşdən ayrılmaq, öz sevdiyini itirmək və ya işlərində uğurlu ola bilməmək hüzn yaradan hadisələrdir. Hüzn və kədər normal həyatın bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması, səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya kimi təyin olunur.

Depressiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə depressiya  aylar, illər bəzən də ömür boyu davam edə bilər. Əslində, həyatımızın axışında hüzün, xoşbəxtlik, çətinlik, stress kimi duyğuları yaşamağımız və bu duyğuların, həyatımızda meydana gələn inkişaflara görə bir müddət davam etməsi təbiidir. Məsələn, işinizlə və ya ətrafınızda münasibətlərlə  əlaqədar hər hansı çətinlik yaranarsa, problem yaşanarsa, yuxusuzluğun yaranması, stress səviyyənizin artması normal olaraq qəbul edilir. Depressiya vəziyyətində fərqli olan faktor, həyatınızda müsbət  hadisələrin olmasına qarşı “boşluq hissi”, “böhran” və “hüznün” davam etməsidir. Əvvəlki dövrlərdə sizi sevindirən, xoşbəxt edən anlar varsa, depressiyadasınızsa onların da sizə heç bir təsiri olmayacaq.

İnsanın normal halında depressiya əlamətləri  kimi qəbul edilən kədər, bədbəxtlik, təklik hissləri  zaman-zaman yaşandığı üçün bu halı gündəlik həyatın bir hissəsi kimi yox, depressiya halı kimi ayırd etmək hər zaman asan olmur. Artıq bu cür hallar yaşandıqda ilk çarə mütəxəssisə müraciət etməkdir.

Aşağıda adları qeyd olunan “depressiya əlamətləri” ümumiyyətlə mütəxəssislərin “depressiyanın ilkin əlamətləri” olaraq göstərdiyi vəziyyətlərdir.

Konsentrasiya Problemləri: İş yerində, məktəbdə və ya yemək yeyərkən belə  fikrini cəmləşdirə bilməmək , bir kitabın və ya filmin sonunu danışan zaman çətinlik çəkmək.

Kiçik detalları xatırlamaqda çətinlik çəkilirsə: Yaşanan bir hadisənin əhəmiyyətli detallarını unutma, hətta bəzən hadisələrin özünü unutma.

Qərar verməkdə çətinlik çəkilərsə: Daha əvvəldən asanlıqla verilən qərarları depressiya səbəbiylə verə bilməmək, səhv qərar verəcəyindən qorxmaq halları.

Halsızlıq və Enerji azlığı: Səbəbsiz halsızlıq, hobbi və ya zövq alınan digər fəaliyyətləri etməkdə çətinlik çəkmək, maraqsızlıq.

Günahkarlıq, Dəyərsizlik və / və ya bacarıqsızlıq Hissləri: Səbəbsiz olaraq ya da sizin kontrolünüzde olmayan hadisələr səbəbiylə yaşanan günahkarlıq hissi, gündəlik fəaliyyətlər əsnasında belə bacarıqsızlıq hissi.

Normaldan çox və ya az yatmaq: Yuxunuz olsa belə heç cürə yata bilməmək, və ya tam əksinə işiniz o qədər çox olmasa belə gündə 9-10 saat  yatmaq.

Mənfi Düşüncələrin qarşısını ala bilməmək: Hər şey yolunda olsa belə gələcəklə əlaqədar həddindən artıq narahat olmaq, özünüzlə ya da sevdiklərinizlə əlaqədar qarşısını ala biləmədiyiniz  mənfi düşüncələr.

İştah azlığı və ya həddindən artıq iştahlı olmaq: Bəzi kəslər mənfi düşüncələr səbəbi ilə iştahını itirərkən, bəziləri bu bədbəxtlik halını aşmaq üçün daha çox yemək yeyə bilər.

Narahatlıq Hissi, Aqressiv olma halı: Ortada bir səbəb yox ikən narahatçılıq hiss etmək, hadisələr qarşısında həddindən artıq əsəbi və aqressiv reaksiyalar vermək.

Həddindən artıq spirtli içkilər qəbul etmək: Depressiyada olan kəslərdə spirtli içkilər qəbul etmə halları həddindən artıq çoxalıq, qumar oynama və təhlükəli idman növləri ilə məşğul ola bilmək kimi düşüncələr fikrində formalaşır.

Müalicə edilməyən depressiya gələcəkdə daha  irəliləyərək insanı intihar düşüncələrinə sürükləyə bilər.

Təbii olaraq özü depressiya xəstəsi olaraq müalicəyə getməz, bunun üçün ətrafda olan yaxınlar aşağıdakı əlamətləri görürsə, mümkün olduqca ən qısa müddətdə bu sahənin mütəxəssisinə müraciət etməlidirlər:

- Çox kədərli bir ruh halından xoşbəxt bir ruh halına qəfildən keçmək,

- Davamlı ölüm haqqında söhbət  etmək və ya düşünmə.

- Dərin kədər, maraq itkisi, yuxusuzluq və yemək problemləri.

- İnsanın  “ölüm istəyi” olması və buna bağlı olaraq təhlükəli davranışlarının artması.

- Əvvəldən dəyər verdiklərinə qarşı marağının itməsi.

- Dəyərsizlik, ümidsizlik, mənasızlıq haqqında etdiyi  söhbətlərinin artması.

- “Xilas olmaq istəyirəm”, “Burada olmasam daha yaxşı olardı” cümlələrini tez-tez  istifadə etməsi.

- İntihar haqqında çıxış etməsi.

Nəticə etibarilə, özümüzdə əlamətlərinin fərqinə varmaq hər zaman asan olmaya bilər. Ancaq həyatımızda müsbət hadisələr çox olsa belə həyatdan zövq almaq mümkün olmursa, insanlarla görüşməyi problem halına gətirirsinizsə, zövq aldığınız fəaliyyətlərinizə qarşı marağınız itibsə, siz depressiyada ola bilərsiniz. Ayrıca yaxın ətrafınızdan bu istiqamətdə gələn təkliflər varsa, bunlara qulaq verərək bir mütəxəssisə müayinə olmaq ən doğrusu olacaqdır.

Xəyalə Məmmədova

pcc.az

Saglamolun.Az




loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Gövhər Novruzova

Gövhər Novruzova

USM

Radioloq İş stajı – 3 il

Ətraflı...

 


Яндекс.Метрика