Qarında piy: ƏSAS TƏHLÜKƏLƏR

Bu gün bədəndə yığılan piy - insanın ən böyük düşmənindən birinə çevrilib.

Ondan yorucu məşqlərdən tutmuş bütün mümkün pəhrizlərə kimi müxtəlif yollarla xilas olunmağa çalışılır. Əslində piy orqanizmə vacibdir və birmənalı olaraq orqanizmdə problemin göstəricisi deyil. Əsas  məsələ belin ölçüsüdür.

Piy bədəndə paylanmasına görə iki yerə bölünür.

Birincisi dərialtı piy - enerji anbarıdır. Orqanizm onu ehtiyat kimi dəri altında  piy hüceyrələrində saxlayır.

İkincisi - visseral piydir ki, bu piy daxili orqanların ətrafında, hətta özündə yığılır. İnsan üçün təhlükəli olan da elə bu piydir, çünki orqanların normal funksiyasına mane olur.

Ola bilər ki, insanın normal çəkisi və kütlə indeksi olsun. Lakin  belin dairəsi  qadınlarda 80 sm-i, kişilərdə isə 94 sm-i keçirsə, bu qidalar və fiziki məşqlər barədə düşünməyin vaxtı olduğunu göstərir. Əgər bu göstəricilər uyğun olaraq 88 və 102 sm olarsa arıqlamaq üçün ciddi işlər görülməlidir. Araşdırma göstərir ki, abdominal piylənmə (qarın boşluğunda yığılan piy) digər faktorlardan asılı olmayaraq çox zərərlidir.

Ürək damar xəstəlikləri

Ehtimal ki, ən böyük risk elə burdadır. Ürək-damar xəstəlikləri - dünyada ən böyük ölüm səbəblərindəndir. Qarın ətrafı piy də  ürək xəstəliyini inkişaf etdirən faktorlardan biridir. 2013-cü ildə yarım milyon qadın arasında aparılan araşdırma göstərib ki, bel dairəsi nə qədər böyükdürsə, onlarda o qədər tez ürəyin işemik xəstəliyi diaqnozu qoyulub. Hər artıq 5 sm riski 10 faiz artırır.

Faktxeber.com bildirir ki, daha bir elmi iş bu məlumatları təsdiqləyib. Normal çəkisi olan, ancaq beli həkimlərin təyin etdiyi normadan geniş olanlar təqribən 2 dəfə çox infarktdan və arteriyal tıxanmalardan əziyyət çəkiblər, həmçinin daha çox ürək və damar xəstəliklərindən ölüblər.

Hormonal pozulmalar

Alimlər bildirirlər ki, visseral piy  həm də endokrin orqandır və bu piy həddindən artıqdırsa orqanizmdə hormonal balans pozulur. Qadınlarda menstruasiyaların pozulması, tüklənmə, sonsuzluq inkişaf edə bilər.

Diabet

Abdominla piylənmədən əziyyət çəkən insanlarda şəkərli diabet xəstəliyinin riski bir neçə dəfə çoxdur. Bunun səbəbi bu insanların bədənində baş verən metabolik pozulmalardır.   

Xərçəng

Abdominal  piylənmə xərçəngin riskini də artırır (xüsusən süd vəzi və ya yoğun bağırsaq xərçıngi).

Beynin işində pozulmalar

Araşdırmalar göstərib ki, yaşlaşdıqca bel ətrafında piylənməyə meyilli olanlarda qocalanda daha çox demensiyaya (ağılın zəifləməsi) məruz qalır.

Qarında artıq piy  beynin həcminin kiçilməsinə gətirir (beləliklə onun funksionallığı da azalır). Mütəxəssislər həmçinin vurğulayıblar ki, qarın ətrafında artıq piy həmçinin beynin strukturuna da təsir göstərir.

Soyuqdəymə, virus və respirator xəstəliklər

Müşahidələrə görə, abdominla piylənmədən əziyyət çəkənlər bu xəstəliklərə tutulduqda daha gec sağalır və onlarda ağırlaşmaların riski daha yüksəkdir.

Beləliklə, piylənmədən piylənməyə də fərq var. Əgər artıq çəki bütün bədənə yayılıbsa və ya əsasən omba və bud nahiyəsində varsa bu piyin qarına yığılmasından daha az təhlükəlidir.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Ülviyyə Qurbanova

Ülviyyə Qurbanova

Kosmetoloq

Dermatoveneroloq, kosmetoloq İş stajı: 19 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 14 il

Ətraflı...
Samirə Məlikova

Samirə Məlikova

Pediatriya

Pediatr İş stajı – 17 il

Ətraflı...

 


Яндекс.Метрика