Seyrək qaşları sıx etmək üçün 5 məhsul

Xanımların əksəriyyəti qaşlarının seyrək olmasından, tökülməsindən şikayət edirlər. Axşam.az xəbər verir ki, bu problemlə mübarizə aparmaq üçün lazım olan ərzaqların əksəriyyəti mətbəximizdə mövcuddur. Kimyəvi proseslərə müraciət etmədən öncə bu üsulları sınaya bilərsiniz.

Sarımsaq

Ta qədim zamanlardan bəri sarımsaq tük əmələ gətirmə xüsusiyyətinə görə istifadə edilir. Bu tərəvəzi iki yerə bölüb qaşlarınıza çəkin. Əgər qoxudan narahat olsanız, qaşlara daha sonra limon və gül suyu çəkə bilərsiniz.

Badam yağı

Badam yağı əsasən bədəndəki dəri dartılmalarının qarsının alınmasında istifadə edilsə də seyrək qaşlar üçün də çox faydalıdır. Yağı pambıgın üzərinə əlavə edib qaşlarınıza çəkin. 1 ssat sonra isə iliq su ilə yuyun.

Zeytun yağı

Təbii nəmləndirici olan bu yağ qaşları da gurlaşdırır. Gecə yatmazdan əvvəl zeytun yağı ilə qaşlarınızı 1-2 dəqiqə masaj edin. Yumadan yatın.

Fındıq yağı

Seyrək qaşlar üçün istifadə edilən bir digər yağ da fındıq yağıdır. Onu pambığa əlavə edib qaşlarınıza çəkin və 1 saat sonra yuyun.

Kokos yağı

Hindli qadınların qaş, saç baxımında istifadə etdiyi kokos yağı əsl möcüzədir. Soyuq sıxım olan bu yağla qaşlarınızı yüngül masaj edin və 1 saat sonra yuyun.

Sonda onu qeyd edək ki, bütün bu yağ növlərini istifadə etmədən əvvəl dərinizdə ona qarşı allergiya olub-olmadığını yoxlayın. Bunun üçün yağdan bir damlanı biləyinizə çəkib gözləyin. Qızartı və qaşınma olduğu təqdirdə istifadə etməyin.

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика