Kıvanç gizli saxladığı xəstəliyindən danışdı

Aktyor Kıvanç Tatlıtuğun illər öncə yuxu apnesindən (Yuxuda nəfəs kəsilməsi olaraq bilinən hal) əziyyət çəkdiyi ortaya çıxıb.

Axşam.az xəbər verir ki, xəstəliyini bir vaxtlar hər kəsdən gizli saxlayan Tatlıtuğ artıq tam sağaldığını bildirib:

"Həkimlər xəstəliyin müalicə olunmayacağı təqdirdə infarktla nəticələnəcəyini bildirmişdi. Odur ki, hər on gündən bir xəstəxanaya gedib müayinədən keçirdim. Amma, şükürlər olsun, indi tam sağalmışam".

Saglamolun.Az