İsti su torbası əzələ ağrısını aradan qaldırmaq üçün çox yayılmış bir üsuldur. Xüsusilə qadınların özəl gün dostları olan qaynar su torbaları əslində göründüyü qədər təhlükəsiz deyil.
Soyuq qış günlərində əzələ ağrılarında ən yaxın dostunuz olan qaynar su torbası səhv istifadə edildikdə düşməniniz ola bilər. Mütəxəssislərin fikrincə, termofor kimi də tanınan qaynar su torbası; Kauçuk kimi materiallardan hazırlanmış, qaynar-qaynar su ilə doldurulmuş və müəyyən müddət ərzində bu suyun temperaturunu saxlayan məhsuldur. Termoferin bilmədiyimiz bəzi zərərləri:
- Ağrının səbəbini bilmədən istifadə etmək zərərli ola bilər
Mütəxəssislərin fikrincə, hər qarın ağrısı üçün isti su torbası istifadə etmək doğru deyil. Qarın ağrısıının səbəbi appendisit olarsa, qaynar su əks təsir göstərə bilər və appendisitniz partlaya bilər.
- Hamiləlik zamanı təhlükəli ola bilər
Hamiləlik zamanı gün ərzində bel və qasıq nahiyəsində ağrılar müşahidə edilir. Ağrıları azaltmaq üçün bundan istifadə etmək olar, amma bunu adətə çevirmək olmaz. Əgər bu vərdiş halına çevrilsə, ana bətnindəki körpənin aşağı düşmə riski yarana bilər.
- Ağrılı nahiyələrdə infeksiya varsa, istifadə etməyin
Şəkər xəstələrinə qaynar su torbalarından istifadə etmək uyğun deyil və mütəxəssislər tərəfindən tövsiyə edilmir. Eyni şey nevroloji xəstəlikləri olan insanlar üçün də keçərlidir. Bu xəstələr uyuşma yaşadıqlarından, mümkün yanma və qıcıqlanma hiss edə bilmirlər. Öd kisəsindəki daşların yaratdığı ağrılar üçün isti su torbası istifadə edilməməlidir. Bu öddəki daşların daha da böyüməsinə səbəb ola bilər.
- Həssas dəridə qıcıqlanma yarada bilər
Plastik və rezin materiallardan hazırlanmış isti su torbası həssas dərilər üçün uyğun deyil. Sınıq və ya oynaqların çıxması halında isti su şüşəsi tətbiq etməyin. Bu zaman həmin yerdə qaynar suyun təsiri ilə ödem toplana və şişkinlik yarana bilər.
Sevinc Hüseynova
Saglamolun.Az