Nəvənin böyrəyi nənəsinə köçürülüb - FOTO

Xəstəlikdən canı qurtulmasına sevinən nənə nə nəvəsinin öldüyünü bilir, nə də onun orqanını daşıdığını...

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Türkiyənin Sakarya vilayətində 1 ay əvvəl avtomobil qəzasında həyatına itirən 17 yaşlı Şevvalın böyrəyi onun nənəsinə köçürülüb. Lakin nənənin nə nəvəsinin ölümündən xəbəri var, nə də onun böyrəyini daşımasından.

Qızın atası bildirib ki, vəfat edən qızlarının bütün orqanlarını bağışlayıblar. Onun böyrəyi isə nənəsinə köçürülüb. Onlar qadın pis olmasın deyə indiyə qədər bunu gizlədiblər.

Saglamolun.Az