Qubada itin hücumuna məruz qalan yeniyetmə qız vəfat edib.
Noyabr ayında meteohəssas insanların sağlamlığına təsir edə biləcək bir neçə hiss olunan maqnit qasırğası baş verib.
Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin qiyməti artıb.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Soyuq havalarda isə adətən qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artması müşahidə olunur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir. Bu məqsədlə, aşağıda göstərilən bəzi təhlükəsizlik qaydalarını bir daha xatırladırıq: – nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin, elektrik şəbəkəsini həddindən artıq yükləməyin, işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymayın, onları uşaqlara həvalə etməyin, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamayın, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edin, elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin, mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırın, mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın".
Rusiyalı həkim İrina Tereşçenko yuxululuq və yorğunluğun təhlükəli əlamətlər olduğunu bildirib.
Gözəllik üçün plastik cərrahların masasına əvvəllər daha çox məşhurlar uzanırdı.
"Son zamanlar tez-tez belə bir fikir səslənir ki, “bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir”.
Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bir çox insan əzik və zədələr olmadığı halda bədənlərinin müxtəlif hissələrində müəammalı göyərmələrlə qarşılaşırlar.
Bir çox insanların paltarları yuduqdan sonra radiatorda qurutmaq vərdişi var. Çünki əşyalar bu şəkildə daha tez quruyur.
Azərbaycan ərazisində noyabrın 27-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Ürək-damar xəstəliyi riski bədənin hansı quruluşda olmasından asılıdır.
“Heç bir vaxt əmək fəaliyyəti ilə məşğul olmayan şəxslər, evdar qadınlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə (pensiya yaşına) çatdıqda işləmədikləri üçün pensiya deyil, yalnız yaşa görə ömürlük müavinət verilir”.
Rus bölmələrində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması pilot layihədir. Fikrimcə, tariximizi öz dilimizdə tədris etməliyik.
Amerika Federal Dərman İdarəsi nadir genetik qanaxma xəstəliyinin müalicəsi üçün istifadə edilən yeni dərmanı təsdiq edib.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
“Bakıda tikilən binalar minimal olaraq 8 balllıq zəlzələyə davamlı tikilib. Lakin köhnə tikililər üçün təhlükə daha realdır”.
"Necə ki, dəri altına, qarına piy yığılır, qan da piylənir. Qanın piylənməsi hiperxolesterinemiya adlanır.
İngiltərədə 147 IQ-ya malik 4 yaşlı uşağın video və televiziya izləyərək ərəb və ispan dillərini öyrəndiyi bildirilib.
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın Lent.az-a verdiyi müsahibəni təqdim edirik:
Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini artırır.
Bakıdakı reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər böyük səs-küy yaratdı. Bu hadisə autizm sindromlu uşaqların tərbiyə olunma metodunu, onlara qarşı davranış qaydalarını yenidən gündəmə gətirdi.
Ölkədə dərman preparatları ilə təminatda böyük problem yaşanır. Vətəndaşlar bir çox dərmanları apteklərdə tapa bilmirlər. Çox hallarda isə reseptdəki dərmanları almaq üçün aptek-aptek gəzməli olurlar. Bəs səbəb və çıxış yolu nədir?
İnsanlar kütləvi şəkildə hicama üçün müraciət edir, paytaxtımızda bir-birinin ardınca bu xidməti təklif edən mərkəzlər fəaliyyətə başlayır.
Dünyada 1 milyarddan çox meloman qulaqcıqla musiqiyə qulaq asdığına və yüksək səslə musiqi dinlədiyinə görə kar ola bilər.
Bir çox insan şəkər xəstəsi olmasa da, marketlərdəki diabetik şöbənin daimi alıcısına çevrilib. Xüsusilə də pəhriz saxlayan insanlar hesab edirlər ki, həmin bölmədən alacaqları məhsullar digərlərindən daha faydalı və ya az zərərlidir.
Florensiyada dünyada nadir əməliyyatlardan biri baş tutub.
The Lancetin onkoloji komissiyası gələcək üçün bəd proqnoz verib.
Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində fasilə yaranıb.
Azərbaycanda ana olmaq istəyən qadınlara sosial şəbəkədə çirkin təkliflər edilib.
Dağıstanda alternativ təbabətlə müalicə olunan körpə ölüb - uşağın valideynləri xəstəxanaya yerləşdirməkdən imtina edib və uşağı müalicəçilərə aparıblar.