"Yeni Klinika”nın keçmiş direktoru yeni vəzifəyə təyin olundu

"Yeni Klinika” Publik Hüquqi Şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.

 

Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.

 

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22 də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb

Saglamolun.Az