Çin alimləri süni sperma yetişdiriblər

Çin alimləri laboratoriya şəraitində siçanların gövdə hüceyrələrindən spermatozoidləri yetişdiriblər.

Daha sonra bu spermatozoidlər dişi siçanların mayalanması üçün istifadə olunub.

Xarici mətbuatın məlumatına görə, eksperiment uğurla nəticələnib və bir müddətdən sonra tam sağlam siçanlar doğulub.

Alimlərin fikirinə görə, gələcəkdə insanların gövdə hüceyrələrində spermatozoidləri yetişdirmək mümkün olacaq. Bu kişi sonsuzluğunun müalicəsində istifadə oluna bilər.

Hal hazırda eksperimentlər yalnız siçanlar üzərində aparılıb. Lakin alimlər istisna etmir ki,  yaxın zamanlarda yeni metodika insanların üzərində də test oluna bilər.

Saglamolun.Az