Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı - VİDEO

Dünyada xərçəng xəstəliyinə tutulanların sayı günbəgün artmaqdadır. Hazırda dünya üzrə qeydiyyata alınan 60 milyona yaxın onkoloji xəstə var. Məhz bu münasibətlə Oktyabr ayı dünyada Süd Vəzi Xərçənginə Qarşı Mübarizə günü kimi qeyd olunur.


Qeyd edək ki, süd vəzi xərçənginə qarşı ölkəmizdə də bir çox aksiyalar keçirilir. Belə aksiyalar cəmiyyəti maarifləndirməklə yanaşı, həm də hər kəsin diqqətini sözügedən xəstəliyə yönəltmək məqsədi daşıyır. Bu məqsədlə Bioloji Təbabət Kilinikasının nəzdində fəaliyyət göstərən Afgen Genetik Diaqnoz Mərkəzində süd vəzi xərçənginə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkənin tanınmış onkoloqları və Bioloji Təbabət Kilinikasının həkimləri iştirak ediblər.


Qeyd edək ki, Bioloji Təbabət Kilinikasının nəzdində fəaliyyət göstərən Afgen Genetik Diaqnoz Mərkəzi ÜST tərəfindən elan edilən süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində hər il əhalinin tibbi maarifləndirilməsi ilə bağlı müxtəlif layihələr, konfranslar və seminarlar təşkil edir. Təbdbirlərdə əhaliyə çağırışlar olur və xəstəliklə erkən mübarizənin aparılması mesajları verilir.


Nəzərinizə çatdıraq ki, süd vəzi xərçənginə erkən diaqnoz qoyularsa, müalicəsi münkündür. Çox təəssüf ki, əhalinin bu haqda məlumatı kifayət qədər deyil. Məhz bu kimi tədbirlərin keçirilməsi, daha çox insanın maarifləndirilməsi xəstəliklə mübarizədə böyük əhəmiyyət kəsb edir.


ttps://konulmardanova.az/

Saglamolun.Az