Dəri baxımının vacib hissəsi olan əllərə düzgün qulluq edilməməsi dərimizin qurumasına səbəb olur. Dəriyə qulluqda istifadə edilən nəmləndirici kremlər quruluğu aradan qaldırmağa kömək etmirsə, bu təbii üsuldan da kömək ala bilərsiniz.
Sağlamolun.az xəbər verir ki, təbii dəriyə qulluq vasitəsi olan hindistan cevizi yağı dərinin ehtiyac duyduğu təbii nəmi təmin edərək dərinin quruluğundan qorunmağa kömək edir. Dərinin quruluğuna qarşı kokos yağı istifadə edərək daha sağlam baxım təmin edə bilərsiniz.
Hindistancevizi yağı dərini zərərli formalaşmalardan qoruyur və sızanağın formalaşma riskini aradan qaldırmağa kömək edir. Həmçinin dərinin təbii nəm balansını qoruyur və dərinin qurumasının qarşısını alır.
Kokos yağı ilə dərinin quruluğundan qorunmaq üçün gecə yatmazdan əvvəl dərinizə nazik bir qat kokos yağını masaj edə bilərsiniz.
Daha sonra səhər yuxudan duranda dərinizi yuyub dərininizin çox yumşaldığının şahidi olacaqsınız.
Saglamolun.Az