Bu bitkini həkimlər tövsiyə edir – KEÇİBUYNUZUNUN FAYDALARII

Qida dəyəri çox yüksək olan keçibuynuzu kalium, kalsium, natrium, maqnezium və dəmir kimi minerallar və A, B, D və E vitaminləri ilə əslində ən müalicəvi qida qaynaqlarından biridir. Tərkibindəki bu faydalı maddələr sayəsində bədənimizə müsbət təsirləri düşündüyünüzdən də çoxdur. "Orqanizmə hansı təsirləri var?" Gəlin vaxt itirməyək və keçiboynuzu ilə bütün aspektləri ilə tanış olaq.

Orqanizmi toksinlərdən təmizləyir

Keçibuynuzu güclü antioksidant xüsusiyyətlərə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləməyə kömək edir və bədəni xəstəliklərdən qoruyur.

Hüceyrələrin bərpasına müsbət təsir göstərir

Keçiboynuzunun güclü antioksidant xüsusiyyətləri hüceyrələr üçün də faydalıdır və hüceyrələrdə olan zədələri daha tez bərpa etməyə kömək edən keçiboynuzu hüceyrə regenerasiyasını sürətləndirir.

Pis xolesterolu balanslaşdırmağa kömək edir

Keçibuynuzunun məşhur faydalarından biri xolesterin üzərində müsbət təsiridir. Pis xolesterolu salan keçibuynuzu bu təsiri sayəsində damar sağlamlığına da müsbət təsir edir.

Qan şəkərini balanslaşdırmağa kömək edir

Keçibuynuzu şirin dadı sayəsində şirniyyat yemək istəyinə qarşı istifadə edə biləcəyiniz ən təbii həll yollarından biridir və eyni zamanda qan şəkərinin yüksəlməsinin qarşısını alaraq qan şəkəri problemi olanlara dəstək olur.

Ürək-damar xəstəliklərindən qoruyur

Məlumdur ki, keçibuynuzu uzun müddətli, balanslı və müntəzəm istehlak ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

Bağırsaq sağlamlığını qoruyur

Keçibuynuzu bağırsaq hərəkətlərini tənzimləməyə kömək etməklə yanaşı, bu bölgələrdə görünən zərərli bakteriyaların böyüməsinin də qarşısını alır.

Tənəffüs yollarına xeyirlidir

Keçibuynuzu tərkibindəki vitamin və mineralların təsiri ilə qrip, soyuqdəymə, öskürək kimi tez-tez yaşanan sağlamlıq problemlərinin daha tez sağalmasına kömək edir.

Orqanizmi osteoporozdan qoruyur

Bol kalsium ehtiva etdiyi üçün keçibuynuzu xüsusilə irəli yaşlarda görülən osteoporoz kimi problemlərə qarşı sümük sağlamlığına müsbət təsir göstərir.

Ağız və diş sağlamlığını qoruyur

Tərkibində bir çox mineral olan keçibuynuzu bu maddələrdən aldığı güclə bədəni xüsusilə diş və diş əti problemlərinə qarşı qoruyur.

Arıqlamağa kömək edir

Keçibuynuzu pəhriz lifi ilə çox zəngin olduğu üçün uzunmüddətli toxluq hissi verir. Bu təsir sayəsində arıqlamaq istəyənlərə dəstək olduğu da bilinir.

Cinsi gücü artırır

Unutmayın ki, kişilərdə sperma sayı və keyfiyyətinin artmasına təsiri olan keçibuynuzu bu xüsusiyyəti sayəsində ən çox seçilən təbii məhsullardan biridir.

Keçiboynuzu necə istehlak olunur?

Keçibuynuzunu qaynadılmış suda 10 dəqiqə dəmləyib suyunu süzüb içə bilərsiniz. Bunlardan başqa, bazarda keçibuynuzu bəkməzi, keçibuynuzu unu və ya toz kimi müxtəlif formalarda da tapa bilərsiniz. Keçiboynuzu bəkməzini bütün digər bəkməz növlərini istifadə etdiyiniz kimi istehlak edə, unu ilə hər cür şirniyyat və xəmir hazırlaya bilərsiniz. Dadı və rəngi kakaoya bənzər olan keçibuynuzu tozunu ilıq südünüzə əlavə edərək içə bilərsiniz.

 

 

medicalmedia.az 

 

Saglamolun.Az