Загрузка...

Körpənin ürəyində küy nəyin əlamətidir?

Körpələri müayinə etdikdə pediatrlar fonendoskop vasitəsi ilə körpələrin ürəyinə qulaq asır.

Təcrübəli həkim bu sadə müayinə zamanı körpənin ürəyində ciddi pozulmaların olub-olmamasından şübhələnə bilər. Əgər ürəyin tonları aydın və təmizdirsə, bu o deməkdir ki, körpənin ürəyində heç bir problem yoxdur. Lakin bəzən həkim körpənin ürəyinə qulaq asdıqda burada küy eşidir. Belə küyün səbəbi bəzi hallarda anadangəlmə ürək qüsuru ola bilər. Daha dəqiq cavab almaq üçün pediatr körpəyə exokardioqrafiya (ürəyin USM-i) təyin edə bilər. Exokardioqrafiya zamanı ürəyin strukturları, damarları aydın görünür.

Dölün qan dövranı fərqlidir. Körpə doğulduqdan sonra onun qan dövranı yenidən qurulur. Ana bətnində olan körpə ağ ciyərləri ilə nəfəs almır. Döl ona lazım olan oksigeni  ananın qanından cift vasitəsilə alır. Döldə qan dövranı ağ ciyərdən keçmir, arterial axardan və açıq oval dəlikdən keçir. Arterial axar ağ ciyər arteriyanı və aortanı birləşdirir. Açıq oval dəlik isə ürəyin sağ və sol mədəçikləri arasında çəpərdə olan dəlikdir. Arterial axar və açıq oval dəlik döl üçün həyati vacibdir.

Uşaq dünyaya gəldikdən sonra özü nəfəs almağa başlayır, artıq onun ağ ciyəri fəaliyyət göstərir. Nəticədə arterial axar və açıq oval dəlik körpəyə artıq lazım olmur və onlar bağlanır.

Bu bağlanma prosesi müəyyən müddət çəkir ki, bu müddət ərzində körpənin ürəyində küy ola bilər. Bu fizioloji haldır.

Vaxtında doğulmuş sağlam uşaqlarda arterial axar həyatının 1-2-ci günün sonuna, bəzən 1 həftə ərzində bağlanır. Əgər arterial axar uşağın 3 ayına kimi bağlanmazsa, bu artıq anadangəlmə ürək qusuru sayılır. Lakin axarın ölçüsü kiçikdirsə, o, uşağın 1 yaşına özü-özündən kimi bağlana bilər. Əks halda açıq arterial axar cərrahi yolu ilə müalicə olunur.

Açıq oval dəlik uşaqların 50%-ndə 1 yaşına kimi qalır və 2-3 yaşına kimi tam bağlanır. Bəzən isə bu hal böyüklərdə də təyin olunur. Açıq oval dəlik anadangəlmə qüsur deyil, kiçik anomaliya sayılır və uşağın inkişafına təsir etmir. Açıq oval dəlik yalnız exokardioqrafiya zamanı təyin olunur. Uşağınızda bu hal təyin olunubsa, ciddi narahatmılıq üçün səbəb yoxdur. Lakin hər halda uşağı kardioloqa göstərin.

Ürəyin sol mədəçiyində əlavə xordalar (falşxorda) ola bilər. Falşxorda mədəçiyin daxilində olan nazik lifl bağdır. Bu bağ ürəyin qarşı divarlarını birləşdirir. Mədəçiyin yığılması zamanı qan yüksək sürətlə xordaya dəyir və nəticədə xarakterli küy yaranır.

Uşaq böyüdükcə xorda özü-özündən yox ola bilər, lakin bu hər zaman baş vermir. Ürəkdə falşxordanın olması ürəyin kiçik anomaliyası sayılır və ürəyin fəaliyyətinə təsir etmir.

Bəzən uşağın ürəyində olan küy ürək xəstəlikləri ilə deyil, digər pozulmalarla bağlı olur. Bu pozulmalar arasında: ağır anemiya, qalxanvari vəzi xəstəlikləri, raxit, yüksək hərarət və s. Bu halda uşaqda digər simptomlar da müşahidə olunur və bu simptomlara əsaslanaraq həkim uşağa dəqiq diaqnoz qoyur.

Beləliklə, uşağın ürəyində küyün olması əksər hallarda heç bir ciddi pozulmaya işarə etmir və ürəyin böyüməsi və inkişafı ilə bağlı olur. Buna fizioloji küy deyilir. Lakin uşağın ürəyində küy aşkar olunduqda uşaq exokardoqrafiya müayinəsindən keçməlidir. Bu müayinə üsulu körpə üçün tam təhlükəsizdir və çox dəqiqdir.

Yekaterina Aksyonova, həkim-pediatr, tibbi elmlər namizədi, Moskva

9months.ru



Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика