Загрузка...

Uşaqlarda göbələk xəstəlikləri və onların profilaktikası

Kif (kif göbələklər) insan orqanizmi üçün çox qorxulu hesab edilir. Bu, çörək, pendir, mürəbbə və digər məhsullarda inkişaf edən, hamıya məlum olan kifdir.

Kif göbələkləri inkişaf etdikləri mühitdən qida maddələrini alaraq, əvəzində onlara öz zəhərli maddələrini verirlər.

Bu zəhərlər çox toksik təsirə malik olub hətta qidanı qaynatdıqda və qızdırıldıqda da parçalanmırlar. Qaraciyərdə toplanan kif göbələklərinin zəhərləri onun zədələnməsinə, böyrək xəstəliklərinin baş verməsinə və hətta gen mutasiyalarına da səbəb ola bilərlər. Məhz buna görə heç bir halda, hətta az da olsa kiflənmiş qidaları qəbul etməyin (xüsusən də uşaqlarınıza verməyin!).

Kif nəinki qidalarda, həmçinin otaqlarda (divarlarda), vanna otaqlarında və s. yerlərdə də olarkən çox təhlükəli hesab edilirlər. Kif göbələkləri allergiyaya meylli uşaqlarda ağır allergik reaksiyalara, həmçinin dərinin, tənəffüs yolları və bağırsaqların selikli qişasının zədələnmələrinə də səbəb ola bilər.

Müəyyən şəraitdə insan orqanizmi üçün zərərli ola bilən daha bir göbələk növü kandidalar hesab edilir.

Bir çox hallarda insanların mütləq əksəriyyəti, özləri də hiss etmədən bu göbələyin daşıyıcıları olurlar (göbələk ağız boşlugu və bağırsaqların selikli qişasında yaşayır). Nə qədər ki, insanın immun sistemi möhkəm olur, bu göbələklər özünü heç cür büruzə vermir. Müxtəlif xəstəliklərdən, dərman qəbullarından (məsələn, antibiotiklər və s.) sonra insanın immun sistemi bir qədər zəifləyən kimi, bu göbələklər tez bir zamanda aktivləşərək özünü göstərir - kandidoz adlı infeksion prosesin inkişaf etməsinə səbəb olurlar.

Kandidoz ilkin olaraq körpə həyatının ilk həftəsində özünü “süd yarası”- (ağızın selikli qişasının kandidozu) şəklində büruzə verir. Bu zaman damaqlarda, yanaqların içəri səthində, dildə, dəridə ağ ərplər əmələ gəlir. Uşaq həyatının 1-ci ayının sonuna yaxın bu kandidoz, adətən, (əksər hallarda heç bir müalicə aparılmadan) keçib gedir. Yarımçıq doğulmuş, tez-tez xəstələnən, antibiotiklərin qəbul edilməsi nəticəsində zəifləmiş uşaqlarda süd yarası uzun sürüb aylarla davam edərək müalicəyə tabe olmaya bilər. Uşaqda süd yarasının müalicəsi effekt verməzsə və ya müalicədən bir müddət sonra yenə və yenə də təkrarlanarsa, bu onun immun sisteminin zəif olduğunu və ya immun sistemində hansısa pozğunluqların olduğunu göstərir. Bu zaman həkim-mikoloq (göbələk xəstəlikləri üzrə mütəxəssis) və immunoloq (immun sistemi xəstəlikləri üzrə mütəxəssis) ilə məsləhətləşmək lazımdır.

Kandida göbələkləri ağız boşluğundan savayı, insanın bağırsaqlarında da məskən salırlar. Müəyyən şəraitdə (immunitetin zəifləməsi) onlar bağırsaqlarda inkişaf edərək qəbizliyə səbəb ola bilərlər. Kandida göbələkləri həmçinin sidik yollarını da zədələyərək uşaqlarda sidik ifrazı zamanı narahatçılıq və ağrı verə bilərlər.

Göbələklər bir çox hallarda başın tüklü hissəsini, ayaqların dərisini, dırnaqları da zədələyə bilər. Uşağınızda belə zədələnmə əlamətlərinə rast gəlmiş olsanız mütləq həkimə müraciət edin.

Uşaqlarda göbələk xəstəliklərinin müalicəsi orqanizmə həm yerli (müxtəlif antimikotik məlhəm və kremlərlə), həm də ümumi təsir göstərməklə (həblər, inyeksiyalar, şamlar) aparılır.

Bir çox xəstəliklərdə olduğu kimi, uşaqlarda göbələk xəstəliklərinin əsas profilaktikası immun sisteminin möhkəmləndirilməsindən ibarətdir.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 guldene 06.11.2012 18:36
salam menim usagim 6ayliqdi qaytarir
#2 Administrator 07.11.2012 13:20
Hörmətli oxucumuz!
Uşaqda qusma halları tez-tez baş verirsə, bu hər hansı xəstliyin və ya pozulmanın simptomu ola bilər (mədə-bağırsaq sistemi xəstəlikləri, sinir sistemi xəstəlikləri və s.). Bu səbəbdən ilk növbədə uşağı pediatra göstərin. Müayinədən sonra pediatr lazım olduqda uşağı digər həkimlərin (qastroenterolo q, nevropatoloq və s.) müayinələrinə göndərə bilər.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика