Загрузка...

Ürək şişləri - hiyləgər xəstəlik

Ürək şişlərinə kifayət qədər nadir hallarda rast gəlinir.

Həkimlərin fikirinə görə bunun səbəbi ürəkdə mübadilə proseslərin tez baş verməsi, ürəyin qanla yaxşı təchiz olunması, qanın buradan tez keçməsi və durğunluq proseslərin yaranmaması ilə izah olunur. Bu ürəyə digər orqanlarla müqayisədə müəyyən üstünlüklər verir ki, ürəkdə şişlərin (xüsusilə bədxassəli şişlərin) əmələ gəlməsi riski az olur.

Ürək şişləri ilkin və ikinci olur. İlkin şişlər ürəkdə müstəqil şəkildə inkişaf edir. Bu şişlər həm xoş, həm də bədxassəli (xərçəng şişləri) ola bilər. İkinci şişlər isə ürəkdə ağ ciyər, süd vəzi, mədə, böyrəklər xərçəngi metastazları nəticəsində əmələ gəlir. Bu şişlər yalnız bədxassəli olur. İkinci şişlərə 20-30 dəfə tez rast gəlinir. Lakin belə şişlər də kifayət qədər nadir haldır.

Ürəyin ilkin şişləri əksər hallarda xoşxassəli olur (yəni xərçəng deyil). Bu şişlər arasında: miksoma (ürəyin daxili boşluqlarında əmələ gələn şiş), rabdomioma (ürəyin əzələ toxumasında əmələ gələn şiş), fibroma (fibroz toxumadan əmələ gəlir), hemangioma (damar şişi), lipoma (piy şişi), teratoma (ürək kistası). Ürəyin bədxassəli şişləri: sarkoma, limfoma.

Ürək şişləri yalnız cərrahi yolu ilə müalicə olunur.

Ürək şişlərinin diaqnozu xəstəyə uzun müddət ərzində qoyulmaya bilər ki, bu xəstəliyin simptomları bir çox ürək xəstəliklərinə bənzəyir. Xəstədə bu kimi simptomlar müşahidə oluna bilər:

- bədən hərarətinin uzun müddət ərzində "səbəbsiz" artması

- zəiflik

- oynaqlarda ağrılar

- barmaqların keyiməsi

- aritmiyalar (ürək ritminin pozulması)

- təngnəfəslik

- ayaqlarda ödemlər

- tez yorulma

- başgicəllənməsi

- bayılmalar.

Simptomlar şişin yerləşməsindən, ölçüsündən, növündən asılıdır.

Ürək şişləri arasında miksomaya daha tez (50% hallarda) təsadüf edilir. Miksoma istənilən yaşda inkişaf edə bilər. Lakin daha tez-tez 40 yaşından sonra inkişaf edir. Miksoma əsasən ürək qulaqcıqlarında inkişaf edir. Kiçik şiş insana narahatçılıq verməyə bilər. Lakin böyüdükdə miksoma ürək boşluğunu tutur ki, nəticədə ürək qapaqlarının fəaliyyəti pozulur və xəstədə ürək çatışmazlığı inkişaf edir.

Bu ürək çatışmazlığı digər ürək xəstəlikləri nəticəsində yaranan ürək çatışmazlığından fərqlənir. Miksoma zamanı ürək çatışmazlığı çox tez inkişaf edir və artır, adi müalicəyə tabe olmur. Xəstənin vəziyyəti çox ağır olur və belə xəstələrdə ani ölümü riski çox yüksək olur.

Bu səbəbdən miksoma aşkar olunduqdan sonra xəstə tez bir zamanda cərrahi əməliyyata göndərilməlidir. Əməliyyatdan sonra xəstəliyin proqnozu yaxşıdır - xəstə tam sağalır.

Ürək şişləri diaqnostikası zamanı ƏKQ, USM, rentgenoqrafiya, KT və MRT kimi müayinələrdən istifadə oluna bilər.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика