İmmuniteti gücləndirmək üçün… - İmmunoloqdan sadə İZAH - VİDEO

Koronavirus dövründə bir çox insanları ən çox maraqlandıran sual: bu və digər viruslardan qorunmaq üçün immuniteti necə gücləndirmək olar?

Tanınmış rusiyalı terapevt-immunoloq, tibb elmləri doktoru Vladislav Jemçuqov bu suala çox sadə cavab verib.

Saglamolun.az kp.ru-ya istinadla alimin cavabını sizə təqdim edir:

“İmmun sisteminin potensialı bizə doğulanda verilir. Bu potensial ilk növbədə genlərdən, yəni ata və anadan asılıdır. Daha sonra immunitet yalnız “xərclənir”. Yəni insan hər hansı bir xəstəliyə tutulubsa, misal üçün vərəmə, o, immun sistemini “xərcləməyə” başlayır. Və ya mədəyə xelikobakter mikrobu düşübsə, yenə də immun sisteminin potensialı xərclənir.

Buradan çox vacib nəticəni çıxartmaq olar - doğulanda bizə verilən immuniteti gücləndirmək mümkün olmasa da onun zəiflənməyinin qarşısını almaq mümkündür. Bunun üçün nə etməli? İlk növbədə xroniki xəstəlikləri müalicə etmək lazımdır. Xroniki xəstəliklər immun sistemini daim yükləyir və digər vacib işlərlə var gücü ilə məşğul olmağa imkan vermir. Bu vacib işlər arasında, o cümlədən, viruslarla mübarizə, xərçəng hüceyrələrinin zərərsizləşdirilməsi və s. də var.

Bundan əlavə insan pis vərdişlərdən imtina etməli, fiziki aktivliyini artırmalı, sağlam qidalanmalıdır. Banal səslənsə də, sağlam həyat tərzi sürməlidir.

Bütün bunlar immun sistemini əvvəlki vəziyyətə qaytarmağa yardım edir.”

Saglamolun.Az