Orqanizminizdə bu dəyişikliyi edin! Xərçəngdən qoruyun, cavan saxlayır...

Hal hazırda orqanizmin qələviləşdirilməsi sağlam qidalanmada ən müasir və populyar trenddir.

Bunun məqsədi orqanizmin daxili mühitini daha qələvi etməklə bir çox xəstəliklərin, o cümlədən xərçəngin riskini azaltmaqdır. Bir çox mütəxəssislər belə yanaşmanı dəstəkləyir.

Məsələ burasındadır ki, orqanizmin hüceyrələri, bağırsaqlarda yaşayan faydalı bakteriyalar və hətta immun sistemi qələvi mühitdə daha yaxşı fəaliyyət göstərir, qələvi mühit xərçəngin inkişafının qarşısını alır. Təəssüf ki, müasir insanlar düzgün qidalanmır, azhərəkətli həyat tərzi sürür, daim streslərə məruz qalır ki, bu faktorlar orqanizmin oksidləşməsini  və bununla da xəstəlikərin riskini artırır, qocalmanı sürətləndirir. Bunun qarşısını necə almaq olar?

Daxili mühiti daha qələvi etmək üçün çox sadə üsullar mövcuddur. Sağlamolun.az sizə bu üsulları təqdim edir.

1. Turş dada malik olan limon və limon suyu ən yaxşı qələviləşdirici vasitədir. Hər səhər acqarına 1 ç.q. limon şirəsi əlavə olunmuş 1 stəkan su için.

2. Karbonat (soda) da güclü qələviləşdirici vasitədir. Lakin bir çox mütəxəssislər sodanı tez-tez qəbul etməyi tövsiyə etmirlər ki, bu həzm sistemində problemin yaranmasına gətirib çıxarda bilər. Bu səbəbdən sodanı həftədə 1 dəfə qəbul edin. Bunun üçün yarım ç.q. sodanı 1 stəkan (200 ml) isti suda həll edin, bir qədər soyudun və için.

3. Gün ərzində 1,5-2 l təmiz su için. Bu da orqanizmin mühitini qələviləşdirməyə kömək edir.

4. Daha çox meyvə və göyərti yeyin. Ən yaxşı qələviləçdirici vasitələr xiyar və kərəvizdir. Bundan əlavə çuğundur, kələm, soğan, bibər, lobya, şüyüd, ispanaq, kahı da orqanizmin mühitni daha qələvi edir.

5. Şəkər və şirniyyatdan imtina edin. Şəkər və tərkibində şəkər olan bütün məhsullar orqanizmin daxili mühitini daha turş edir. Bu səbəbdən onları minimuma azaltmaq lazımdır.

6. Ətin istehlakını azaldın. İlk növbədə söhbət qırmızı ətdən gedir. Ət də orqanizmin mühitinin turşuluğunu artırır.

7. Qoz, fındıq, tum orqanizmi yaxşı qələviləşdirir.

8. Süd məhsullarının gündəlik qidalanmaya daxil olunması olduqca vacibdir ki, bu məhsullar orqanizmin ph səviyyəsini optimal vəziyyətdə saxlamağa kömək edir.

9. Stress də orqanizmdə oksidləşməni artırır. Bu səbəbdən stressi azaltmaq çox vacibdir - bunun üçün idman, yoqa, meditasiyadan və s. istifadə edin. Heç bir üsul kömək etmirsə, mütəxəssisə müraciət edin.

10. İdmanla müntəzəm məşğul olmaq orqanizmdən ziyanlı, turşuluğu artıran maddələrin xaric olmasına kömək edir.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика