Tanınmış həkim-blogerdən yüksək təzyiqin DƏRMANSIZ MÜALİCƏ üsulu

Hipertoniyanı “əsrin əsas xəstəliyi” adlandırırlar. Yüksək təzyiq orqanizmin bir çox orqan və sistemlərini zədələyir, bütün dünyada ölümün əsas səbəbi olan infarkt və insultun riskini qat-qat artırır.

Adətən təzyiqi normada saxlamaq üçün “təzyiq dərmanları”ndan istifadə olunur ki, bu dərmanların gündəlik qəbulu nəticəsində təzyiq normada qalır. Lakin son zamanlar bir çox həkimlər təzyiq dərmanlarının ciddi ziyanı haqqında danışır və təzyiqin müalicəsi üçün alternativ üsulları axtarmağa çalışır.

Saglamolun.az bildirir ki, onlardan biri tanınmış Rusiyalı həkim Aleksandr  Şişonin. Doktor Şişonin həm də Rusiya İnternetində çox məşhurdur və onun səhifəsini 15 milyon insan izləyir.  

Şişoninin sözlərinə görə, hipertoniya xəstəlik deyil, bu simptomdur. Yalnız Rusiyada hipertoniyadan 30 milyondan çox insan əziyyət çəkir. Lakin bu ancaq qeydiyyatda olan xəstələrdir. Reallıqda rəqəmlər daha böyükdür ki, hipertoniya uzun illər ərzində gizli inkişaf edir və bir çox insanlar onlarda olan bu xəstəlikdən sadəcə xəbərsizdir.

Həkimlər hipertoniyanın əsl səbəbini yalnız 5% (!) hallarda təyin edirlər. Bu böyrəküstü vəzilərinin şişi, böyrək və zob xəstəlikləri və bəzi digər pozulmalar ola bilər. 95% xəstələrdə hipertoniyanın səbəbi aşkar olunmur və onlara “essensial hipertoniya” diaqnozu qoyulur, yəni təzyiq qalxır, lakin bunun səbəbi məlum deyil.

Şişoninin sözlərinə görə, “essensial hipertoniya”nın səbəbi hələ sovet dövründən məlumdur və bu da osteoxondrozdur. Osteoxondroz zamanı boyunda qan dövranı pozulur, beyinə oksigen və qidalı maddələr çatmır və beyin ürəyə daha aktiv şəkildə işləməyə “əmr verir” ki, nəticədə ürək gərginləşmiş rejimində çalışmağa başlayır və təzyiq də təbii olaraq qalxır.

Beləliklə, Şişoninin fikrinə görə, əsas problem boyundadır və bu yerdə normal qan dövranının bərpa olunması təzyiq problemini dərmansız həll edə bilər. Bunun üçün xüsusi gimnastik hərəkətlər və özü özünü massaj hərəkətləri mövcuddur.

Bu hərəkətləri hər gün 15 dəqiqə ərzində etmək lazımdır.

Bundan əlavə ziyanlı vərdişlərdən imtina (siqaret, alkoqol), düzgün qidalanma, duzun istehlakının azalması və fiziki aktivlik də təzyiqi normada saxlamağa yardım edir.

Saglamolun.Az




Загрузка...
loading...

Usaqlıq boynu eroziyası və xərçəngi