Sonsuzluğun bu formasında qadının immun sistemi həyat yoldaşının spermatozoidlərinə və/ və ya, özünün yumurta hüceyrələrinə qarşı anticismlər hazırlamış olur.
Qadın cinsi orqanları müxtəlif xəstəliklərə çox meylli olur. Bu xəstəliklərin bir çoxu son nəticədə sonsuzluğa da səbəb ola bilərlər.
Sonsuzluğa səbəb olan ən çox yayılmış xəstəliklərdən biri də hormonal fonun dəyişilməsi nəticəsində yaranan “polikistoz yumurtalıqlar sindromu” adlanır.
Bu hal endokrin sonsuzluq adlanır. Sonsuzluğun ən çox təsadüf edilən səbəblərindən biri də qadın orqanizmində olan hormonal pozğunluqlardır.
Bildiyimiz kimi, normada qadının xromosom dəsti 46, XX olur. Nadir hallarda yenidoğulmuş qız uşağında xromosom dəsti 45, X olur.
Kişi sonsuzluğunun müalicə üsulu onun yaranma səbəblərindən asılı olaraq həkim-androloq tərəfindən müəyyən edilir.
Təbiətin özü tərəfindən, kişi cinsiyyət (genital) üzvlərinin istidən qorunması nəzərdə tutulmuşdur – xayalar, elə bil ki, “bədəndən kənarda” xaya kisəsində yerləşmişlər ki, burada da temperatur bədən temperaturundan 2-2,5°C aşağı olur.
Hər bir kişi bilir ki, qasıq nahiyəsi istənilən zərbələrə qarşı çox zərif hesab olunur.
Kişilərdə olan hormonal pozğunluqlar – qadınlara nisbətən daha az hallarda sonsuzluğun səbəbi olurlar.
Genetik patologiyalar - kişi sonsuzluğunun çox nadir səbəblərindən olub cinsi xromosom patologiyaları ilə əlaqədar olur. Bildiyimiz kimi, kişi xromosom dəsti – 46, XY olur.
Sonsuzluğun istənilən formasının müalicəsi zamanı mütləq postkoital test (Şuvarski sınağı) aparılmalıdır. Bu, cinsi tərəf müqabili olanların bioloji uyğnluğu üzrə olan xüsusi sınaqdır.
Qadınların servikal kanal seliyinin müayinəsi də çox vacib müayinələrdən biridir. Normal servikal selik (uşaqlıq boynu tərəfindən hazırlanır) – mayalanmanın müvəffəqiyyətlə keçməsi üçün əsas şərtlərdən biridir.
Uşaqlığın müxtəlif patoloji prosesləri də (uşaqlıq daxilində çəpərin olması, endometrioz, miomatoz düyünlər və s.) sonsuzluğa səbəb ola bilərlər.
Sonsuzluğun səbəbini müəyyən etmək üçün bir çox hallarda qanın hormonlara müayinəsini aparmaq lazımdır.
Sonsuzluq ilə bağlı müayinə apardıqda həkim-androloq (kişi həkimi) kişinin cinsi orqanlarını müayinə edərək, onlarda normadankənar dəyişikliklərin (əgər onlar varsa) olmasını aşkar edir.
Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri CYKİ görə müayinənin aparılmasıdır.
Sonsuzluq xoşagəlməz, çox narahatedici diaqnoz olsa da, xəstəyə bu diaqnozu yazmağa tələsmək lazım deyil.